<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 121.O, ticarət gəmilərinə bənzəyir

121.O, ticarət gəmilərinə bənzəyir
 

Eşidildi

«O, ticarət gəmilərinə bənzəyir, öz çörəyini uzaqdan gətirir»1 – insan tələb edir və israr edir ki, «o, tamamilə mənimdir»2, yəni bütün istəklər tamamilə Yaradana həsr olunsun, Sitra Axra ona qarşı oyanır və o da iddia edir: «O, tamamilə mənimdir».

Və onda ticarət baş verir. Ticarət o vaxt adlanır ki, insan hər hansı bir əşyanı almaq istəyir və alıcı ilə satıcı onun dəyərini müzakirə edirlər. Yəni hər kəs özünün haqlı olduğunu iddia edir. Burada isə bədən baxır ki, kimi dinləməyə dəyər: alanı, yoxsa vermə qüvvəsini. Axı hər ikisi açıq-aşkar deyir: «O, tamamilə mənimdir». Və insan öz alçaqlığını gördüyünə görə, axı onda Tövrat və ehkamları xırdalıqlarına qədər yerinə yetirməyə razı olmayan qığılcımlar da var, çünki bütün bədən iddia edir: «O, tamamilə mənimdir», onda «öz çörəyini uzaqdan gətirir».

Yəni uzaqlaşmalardan – insan Yaradandan nə qədər uzaq olduğunu görəndə və təəssüflənib Yaradandan onu yaxınlaşdırmasını diləyəndə – «öz çörəyini gətirir». «Çörək» inam deməkdir. Onda o, daimi inama layiq olar, çünki «Yaradan elə etdi ki, Ondan qorxsunlar»3. Yəni onun hiss etdiyi bütün uzaqlaşma halları Yaradandan göndərilmişdir ki, onda göylər qarşısında titrəyişi qəbul etmək ehtiyacı olsun.

Və bunun mənası odur ki, «insan yalnız çörəklə deyil, Yaradanın ağzından çıxan hər kəlamla yaşayır»4. Bu o deməkdir ki, insanda müqəddəsliyin həyat qüvvəsi yalnız yaxınlaşmalardan, yəni daxilolmalardan – başqa sözlə, müqəddəsliyə daxilolmalardan  əmələ gəlmir. Həm də çıxışlardan, yəni uzaqlaşmadan əmələ gəlir. Axı Sitra Axra insanın bədəninə- ‘guf’-a büründüyünə və ədalətli iddia ilə «o, tamamilə mənimdir»deyirsə, və bu halların dəf edilməsi sayəsində insan daimi inama layiq olur.

Başqa sözlə, insan hər şeyi Yaradana bağlamalıdır, yəni çıxışlar belə Yaradandan gəlir. Və layiq olduqda, onda görür ki, həm çıxışlar, həm də girişlər – bunların hamısı Yaradandandır.

Və buna görə o, mütləq təvazökar olmalıdır. Axı o görür ki, hər şeyi Yaradan edir – həm çıxışları, həm də girişləri. Və Musa barəsində deyilən budur: «müti və səbirli idi»5 – yəni alçaq vəziyyətlərə dözmək gərəkdir. Yəni hər bir dərəcədə o, bu alçaq halları tutub saxlamalıdır. Və o andaca ki, alçaqlığı tərk edir, artıq dərk etdiyi Musa dərəcələrinin hamısı dərhal yox olur. Və anlayan üçün bu, kifayətdir.

Və bu, səbir adlanır. Axı alçaq hallar  hər kəsdə var, lakin hər kəs alçaqlığı yaxşı bir şey kimi hiss etmir. Belə çıxır ki, onlar dözmək istəmirlər. Müəllimimiz Musa isə təvazökarlığa dözürdü. Buna görə o, «təvazökar» adlanırdı. Yəni onun alçaq hallardan sevinci var idi.

Və bir qayda var: sevincin olmadığı yerdə Şxina məskunlaşmır. Buna görə də təmizlənmə zamanı Şxinanın məskunlaşması ola bilməz. Baxmayaraq ki, təmizlənmə zəruridir (və bu, ayaqyoluna bənzəyir – insan ora girməli olsa da, yenə də əmindir ki, bu, kral sarayı deyil).

Və bu, ‘braxa’ – bərəkət və ‘bxora’ – birincilik adlanır, hansıların hərfləri eynidir. Axı birincilik – QAR xüsusiyyətidir. Sitra Axra isə QAR-ı istəyir, lakin bərəkətləri istəmir. Çünki bərəkət – moxinin üzərinə bürünmə xüsusiyyətidir. Esav isə bürünmə olmadan birinciliyi istəyirdi. Halbuki moxini bürünməsiz almaq olmaz. Buna görə Esav dedi: «Məgər mənim üçün bir bərəkət belə saxlamamısan?»6 «Bir bərəkət» bərəkətlərin əksi nəzərdə tutulur, yəni lənət; və bu barədə deyilmişdir: «O, lənəti sevirdi – və o, onun üstünə gəldi; və bərəkəti istəmədi»7.