<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 243.Oşana Raba gecəsində kölgənin yoxlanılması haqqında

243.Oşana Raba gecəsində kölgənin yoxlanılması haqqında


Eşidildi 1 mart 1943-cü ildə
 

Hər bir insanın Oşana Raba gecəsində (Sukkot bayramının yeddinci günü) öz kölgəsini yoxlaması adəti vardır. Və əgər onda kölgə varsa, o zaman əmindir ki, onunla hər şey yaxşı olacaq (Şaar a-Kavanot, Sukkotun qanunları haqqında şərhlər).Kölgə – nurun büründüyü libas deməkdir.

Və libas olmadan – nur yoxdur, çünki kli olmadan nur yoxdur. Və libasların böyüklüyünə görə nur da aşkar olur və çoxalır. Və elə ki, insan libası itirir, elə həmin dərəcədə ondan bu libasa aid olan nur da yox olur.

Və burada həqiqət və inamın mahiyyəti var. Həqiqət nur adlanır, inam isə kli – yəni Yaradan və Onun Şxinası. Və buna görə deyilib: «Gəlin, insanı Bizim surətimizə görə yaradaq» (Bereşit) və «kölgə kimi gəzər insan» (Məzmur 39). Bu o deməkdir ki, insanın hərəkəti onun surətindən, yəni inamından asılıdır. Və buna görə Oşana Raba gecəsində insan baxmalıdır: onun inamı kamildirmi.

Və  yuxarı aləmlərdə biz «surət» sözünü «tselem» adlandırırıq ,cünki yuxarıda inamın heç bir ağırlığı yoxdur, və bizə «quruluq» şəklində görünən şey yuxarıda olan böyük nurdur. Lakin biz yuxarıda da bu ada müraciət edirik, çünki [bu hal] bizə «tsel» – kölgə şəklində açıqlanır, və aşağıdakının adı ilə biz onu yuxarıda da belə adlandırırıq.

Bina inam xüsusiyyəti adlanır və o «ozen – qulağın nuru », eşitmə xüsusiyyəti adlanır. Xoxma isə görmə xüsusiyyəti adlanır və bu, «Eynaim – gözlər» xüsusiyyəti olan alıcı kelimdə təzahür edən nur xüsusiyyətidir.