218.Tövrat və Yaradan birdir
“Tövrat və Yaradan birdir”.
Şübhəsiz ki, iş zamanı bunlar iki ayrı şeydir. Üstəlik, onlar bir-birinə zidd görünürlər.
Çünki “Yaradan” xüsusiyyəti qovuşmadır və qovuşma bənzərlik deməkdir, varlığın ləğvi vəziyyəti deməkdir. (İnsan həmişə təsəvvür etməlidir ki, onda bir qədər qovuşma olduğu zaman onunla nə baş verirdi. O zaman o həyat gücü və zövqlə dolu olurdu və həmişə qovuşmada qalmaq istəyirdi, çünki ruhani şeylər hissələrə bölünmür. Bundan başqa, əgər belədirsə, onda nə olursa olsun, insan həmişə yaxşı hiss etməlidir. Doğrudur ki, o, həmin vaxtı təsəvvür etməlidir, çünki bədən mənfini hiss etmir, yalnız müsbəti hiss edir — yəni özündə olmuş hallardan. Və bədən məhz o hallardan nümunə götürə bilir).
“Tövrat” xüsusiyyəti isə onun içində olan nur mənbəyi adlanır. Yəni biz öyrənərkən bu nuru hiss etdikdə və bu nur vasitəsilə Yaradana əta etmək istədikdə, necə ki deyilir: “Ağanın göstərişlərini bilən Ona xidmət edə bilərmi?” Buna görə də insan özünü Yaradana bəxş etmək istəyən ayrı bir reallıq kimi hiss edir. Buna isə özünü hiss etmə deyilir.
Lakin biz “Tövrat və Yaradan birdir” xüsusiyyətinə layiq olduqda, hər şey bir olur. O zaman o, “Tövrat” xüsusiyyətində “Yaradan” xüsusiyyətini hiss edir. İnsan həmişə onun içində olan nur mənbəyinə can atmalıdır. Nuru isə öyrənmə vasitəsilə cəlb etmək olar. Lakin kabala mətnlərində nur mənbəyini tapmaq daha asandır. İş zamanı isə onlar iki ziddiyyət kimi görünür.
1.Elə insanlar var ki, “Yaradan” xüsusiyyətinə meyllidirlər. Bu halda onlar Tövratdan öyrənə bilmirlər və xasid kitablarına meyl edirlər.
2.Elə insanlar da var ki, “Tövrat” xüsusiyyətinə meyllidirlər, yəni Yaradanın yollarını, aləmləri və onlarda baş verən prosesləri, həmçinin İdarənin təfərrüatlarını dərk etmək istəyirlər.
Bunlar iki ziddiyyətdir. Lakin gələcəkdə: “O, Moavın sərhədlərini sındıracaq”. Yəni onların hər ikisi bir ağaca daxil olacaq.