<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 234.Tövrat sözlərini kəsib söhbətlə məşğul olan

Yeguda Leyb HaLevi Aşlaq (Baal HaSulam)

234.Tövrat sözlərini kəsib söhbətlə məşğul olan

Eşidilmişdir 1940-cı ilin fevralında, Qəzzaya gedən yolda

“Tövrat sözlərini kəsib söhbətlə məşğul olanı ardıc kömürləri ilə yedizdirirlər”. Bu o deməkdir ki, insan Tövratla məşğul olduqda və onu kəsmədikdə, Tövrat onda alovlu od xüsusiyyətində olur, yəni şər başlanğıcı yandırır və o, avtomatik olaraq öz işini davam etdirə bilir. Lakin əgər o, tədrisin ortasında fasilə verərsə, hətta dərhal yenidən qayıdıb öyrənməyə başlasa belə, Tövrat onun üçün artıq “ardıç kömürləri” xüsusiyyətində olur, yəni o artıq şər başlanğıcı yandırmaq gücündə olmur və o zaman Tövratın həzzi onun üçün korlanır və o mütləq öz işini dayandıracaq.

Buna görə də o, tədrisə qayıtdıqda, mütləq üzərinə götürməlidir ki, tədrisin ortasında bir daha fasilə verməyəcək. Və gələcək üçün bu öhdəliyi qəbul etməsi sayəsində Tövratın alovlu odu yenidən alışacaq.