<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 231.Alan kelimlərin təmizlənməsi

231.Alan kelimlərin təmizlənməsi

Eşidilmişdir, yanvar 1928-ci il, Givat Şaul (Yerusəlim)

Bədənə həzz verən hər şeydə ehtiyatlı olmaq lazımdır. İnsan buna görə təəssüflənməlidir, çünki almaq səbəbindən o, Yaradan­dan uzaqlaşır. Axı Yaradan verəndir, əgər o (yəni insan) indi alan olarsa, bunun nəticəsində biz forma ziddiyyətinə gəlirik. Ruhaniyyətdə forma fərqi isə uzaqlaşma deməkdir və təbii olaraq onun Yaradanla qovuşması yoxdur.

Bu isə “Ona qovuşmaq” adlanır. İnsan həzz aldığı zaman yaşayacağı iztirab səbəbindən bu iztirab həzzi ləğv edir. Bu, başında yara olan bir insan kimidir: o, başını qaşımağa məcburdur və bundan həzz alır. Amma eyni zamanda bilir ki, bunun nəticəsində yarası daha da ağırlaşacaq, xəstəliyi yayılacaq və o, sağala bilməyəcək. Belə çıxır ki, həzz aldığı anda onun əslində heç bir həqiqi həzzi yoxdur, baxmayaraq ki, qaşımaqdan aldığı həzzi dayandıra bilmir. Eləcə də insan görməlidir ki, hər hansı bir şeydən həzz aldığı zaman bu həzzə belə bir müşayiət əlavə etməlidir: indi Yaradan­dan uzaqlaşdığına görə iztirab hissi o dərəcədə olmalıdır ki, sonradan bu həzzin nəticəsində yaşayacağı itkini hiss etsin və görsün ki, bu həzz sərfəli deyil. Bu isə qəlbin işi adlanır – “liba”.

(Müqəddəslik – onu Yaradanın işinə yaxınlaşdıran şey müqəddəslik adlanır.

Natəmizlik – onu Yaradanın işindən uzaqlaşdıran şey natəmizlik adlanır.)