206.İnam və həzz haqqında
Eşidilmişdir, 1938-ci il
İnsan heç vaxt həzz haqqında soruşmaz: bu həzzin məqsədi nə olacaq? Əgər onun ağlında həzzin məqsədini soruşmaq barədə ən kiçik fikir belə yaranarsa, bu, onun həqiqi həzz olmadığının əlamətidir. Çünki həzz bütün boş yerləri doldurur və buna görə də ağılda məqsəd haqqında soruşmaq üçün heç bir boş yer qalmır. Əgər o məqsəd haqqında soruşursa, bu, həzzin kamillikdə olmadığının əlamətidir, çünki o bütün yerləri doldurmamışdır.
İnamla da eyni haldır. Çünki inam bilik olan bütün yerləri doldurmalıdır. Buna görə insan təsəvvür etməlidir ki, əgər orada bilik olsaydı necə olardı. Məhz həmin ölçüdə o inamda olmalıdır.