216.Sağ və sol
6 tevetdə eşidilmişdir
Məlumdur ki, sağ və sol xətlər xüsusiyyəti var. Sağ xəttdə xoxma, xesed və netsax xüsusiyyətləri var. Sol xəttdə isə bina, gvura və xod xüsusiyyətləri var. Sağ xətt fərdi idarə xüsusiyyəti adlanır, sol xətt isə mükafat və cəza adlanır.Və sağ xətlə məşğul olduqda demək lazımdır ki, hər şey fərdi idarə altındadır. O zaman insan, avtomatik olaraq, heç nə etmir. Belə çıxır ki, onun heç bir günahı yoxdur. Lakin yerinə yetirdiyi ehkamlar da ona aid deyil, əksinə, o, bunlara yuxarıdan layiq görülmüşdür. Amma hər halda o buna görə şükür etməlidir. Həmçinin Ona görə də şükür etməlidir ki, Ona maddi nemətlər vermişdir.Bu isə “netsax” adlanır, yəni o Sitra Axranı məğlub etdi. Buradan isə “xesed” xüsusiyyəti, yəni sevgi yaranır. Bunun sayəsində o xoxmaya gəlir və buna “reyşa de-lo etyada” — “dərk olunmayan roş” deyilir.Bundan sonra isə o sol xəttə keçməlidir, yəni “hod” xüsusiyyətinə.