213.Xisaronun aşkarlanması haqqında
Eşidilmişdir
Əsas [iş] və təməl – ehtiyacı (xisaronu) böyütməkdir. Çünki bütün bina onun üzərində qurulur. Və binanın möhkəmliyi onun təməlinə görə ölçülür.
Yəni insanı səylərə məcbur edən çoxlu səbəblər var. Amma onlar məqsədə yönəlmiş deyil. Buna görə təməl bütün binanı korlayır. Hərçənd deyilir ki, “lo lişma”dan (yəni niyyət olmadan, öz mənafeyi üçün işləməkdən) “lişma”ya (yalnız Yaradana xeyir vermək niyyəti ilə işləməyə) gəlirlər, amma buna çox vaxt lazımdır – ta ki insan yenidən məqsədə qayıdana qədər. Bu səbəbdən insan daim yoxlamalıdır ki, məqsəd həmişə gözləri önündə olsun. Necə ki “Şulxan Arux”da yazılıb: “Mən (Yaradanı) hər zaman qarşımda görürəm…” – “evində oturan şəxs padşahın qarşısında dayanan kimi deyil.” Yəni kim Yaradanın varlığına inanır ki, “Yer Onun izzəti ilə doludur”, belə adam qorxu və sevgi ilə doludur və heç bir hazırlığa və təhlilə ehtiyac duymur, sadəcə olaraq təbii yolla Padşah qarşısında tam ləğv olunur.
Biz maddi həyatda da görürük ki, kim dostunu həqiqi sevgi ilə sevirsə, yalnız dostunun xeyri haqqında düşünür, yalnız onun xeyri üçün cəhd edir və özünü dostuna fayda gətirməyən əməllərdən saxlayır. Və bütün bunlar heç bir hesab-kitabsız baş verir. Və bunun üçün böyük ağıl lazım deyil, çünki bu təbiidir. Necə ki ananın oğluna sevgisi: bütün niyyəti oğlunun xeyrinədir, və o, oğlunu sevmək üçün nə hazırlığa, nə ağıla ehtiyac duymur. Yəni təbii hal – onu əsaslandırmaq üçün ağıl tələb etmir. O, birbaşa hisslərdən gəlir, çünki hisslərin özləri həqiqi fədakarlıqla çalışır. Çünki təbiətdə də belədir: insan nəyisə sevdikdə, məqsədə çatana qədər həyatını belə qurban verməyə hazır olur. Və o məqsədə çatmayınca, onun üçün həyat – həyat deyil.
Bu səbəbdən, kim ki “Şulxan Arux”da deyilən kimi hiss edirsə ki, o, Padşah qarşısında dayanır – əlbəttə ki, bu insan kamillik halındadır. Yəni onun inamı var. Amma insan Padşahın qarşısında dayandığını hiss etmirsə,onda əksinədir.
Bu səbəbdən insan gərək nəzarət etsin ki, onun birinci xidməti -düzgün formada inam olmadığından təəssüf hissi olsun . Və inam çatışmazlığı – onun təməlidir. Və o gərək dua qaldırsın, xahiş etsin, səy göstərsin ki, bu çatışmazlığı hiss etsin.
Çünki əgər onda (xisaron) yoxdursa, bu o deməkdir ki, onda doldurulacaq qab (kli) yoxdur. Və gərək inansın ki, Yaradan bütün ağızların duasını eşidir, və o da tam inamla xilas olunacaq.