<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 191.Düşkünlük (eniş) zamanı

Yeguda Leyb Levi Aşlaq (Baal HaSulam)

191.Düşkünlük (eniş) zamanı

 

Eşidilmişdir 13 iyun 1938-ci il¹

Düşkünlük (enmə) zamanı olan vəziyyəti təsvir etmək çətindir, çünki xidmətin başlanğıcından bu enmə zamanına qədər  müddət ərzində qoyulmuş bütün xidmət və səylər itirilir. Və insan sanki Yaradanın xidmətinin dadını heç vaxt hiss etməmiş biri kimi olur və sanki bu, ondan kənarda baş verir, yəni bu yalnız yüksək dərəcələrdə olanlarla baş verən bir şeydir. Amma sadə insanların Yaradanın xidməti ilə heç bir əlaqəsi yoxdur, onların payına yalnız bu dünyanın axınında olan maddi almaq arzusuna can atmaq düşür və bu arzu bütün dünyanı yuyub aparır. Lakin başa düşmək lazımdır ki, onlar niyə belə bir vəziyyətə gəlib çatdılar. Axı insan razıdır ya yox, göyün və yerin yaradılışında heç bir dəyişiklik yoxdur, çünki O, “Xeyirxah və Xeyir Verən” xüsusiyyəti ilə idarə edir. Belə olan halda bu vəziyyətdən nə yaranır?

Lakin demək lazımdır ki, bu, Yaradanın böyüklüyünü bildirmək üçündür. Yəni insan Ona hörmətsizlik etməməlidir². Yəni insan böyüklük qarşısında qorxu xüsusiyyəti ilə davranmalıdır, bilməlidir ki, onunla Yaradan arasında hansı dəyər və hansı məsafə var. Çünki zahiri ağıl baxımından Yaradanla yaradılışı birləşdirmək və bağlamaq çətindir və bunu anlamaq və ya buna qadir olmaq mümkün deyil.

Düşkünlük zamanı isə insan hiss edir ki, onun Yaradanla birləşmə və bağ qurması, yəni sanki Onunla Dvekutda olması üçün heç bir imkan yoxdur. Çünki o hiss edir ki, xidmət bütün dünya üçün qəribə bir şeydir. Və əslində də belədir. Lakin “Onun böyüklüyü olan yerdə, orada Onun təvazökarlığını taparsan”³. Yəni təbiətdən yuxarı olan budur ki, Yaradan yaradılışa bu hədiyyəni verdi və onlara Onunla birləşmə və Dvekutda olmaq imkanı verdi.

Buna görə də, insan yenidən Yaradanla birləşdikdə, o, daim öz enmə vəziyyətini xatırlamalıdır ki, bilsin, başa düşsün, qiymətləndirsin və Dvekut zamanını hörmətlə qəbul etsin. Belə ki, bilsin ki, indi o, təbiətin adi qaydasından yuxarı olan bir xilas almışdır.