<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

180.Zoar, Emor – 2


23 aprel 1951-ci ildə eşidilmişdir1, Tel-Əviv

Zoar kitabında, Emor bölməsində deyilir: «R. Xiya açdı: “Mən yatıram, lakin qəlbim oyaqdır”2... İsrael Yığıncağı dedi: “Mən yatıram” – Misir sürgünündə. Çünki oğullarım ağır köləlikdə idilər». «Lakin qəlbim oyaqdır»2 – onları qorumaq üçün ki, sürgündə məhv olmasınlar. «Səs! Sevgilim qapını döyür»2 – bu Müqəddəs, Mübarək Olandır. Necə ki deyilib: «Və Mən Öz əhdimi xatırladım»3»»4.

Başa düşmək lazımdır ki, yuxu nə deməkdir. Yəni İsrael Misirdə olanda, onlar misirlilərin hakimiyyəti altında idilər. Lakin bununla yanaşı onlar QAR de-xoxma xüsusiyyətini cəlb edirdilər. Amma xoxma xasadimsiz nur saçmadığına görə bu vəziyyət yuxu adlanır. Buna «Misir köləliyinin ağırlığı» deyilir. Yəni ağır işdə, dxura (kişi hissəsi) dinləri xüsusiyyətində olan işdə.

«Və tarladakı hər cür işdə»5 – bu isə nukva (qadın hissəsi) mwhakimə xüsusiyyətidir.

«Lakin qəlbim oyaqdır» – yəni sol xətt baxımından o yatmış olsa da, bu zaman Malxut «iki böyük nur» adlanır və Malxut «dördüncü dayaq» adlanır. Bu isə xaze-dən yuxarıda olan Tiferet xüsusiyyəti hesab olunur. «Lakin qəlbim oyaqdır» – çünki orada artıq mánula ‘kilid’ nöqtəsi mövcuddur və o orta xəttdə həllə gətirir, belə ki, o yenidən panim vəziyyətinin nöqtəsi olur və bunun sayəsində onlar sürgündə məhv olmurlar.

Və buna deyilir: «“Mənə aç” –  iynənin ucu qədər bir giriş»6. Yəni Zeir Anpin Malxut xüsusiyyətinə deyir ki, xoxmanı cəlb etsin. Və baxmayaraq ki, xoxma xasadimsiz nur saça bilməz – buna görə də «yalnız iynənin ucu qədər» adlanır – «və Mən sənə ali qapıları açaram»6. Yəni sonra o ona xasadim xüsusiyyətini verəcək. Beləliklə o ona bolluqla təsiri cəlb edir.

Amma əgər o xoxma xüsusiyyətini cəlb etməzsə, Zeir Anpin öz tərəfindən xoxmanı deyil, xesed xüsusiyyətini cəlb edər və bu «Mənə aç, bacım» adlanır. Yəni xoxma baxımından Malxut «bacı» adlanır.