<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 159.Uzun müddətdən sonra var imiş…

159.Uzun müddətdən sonra var imiş…

(Eşidilmişdir)

«Uzun müddətdən sonra Misir padşahı öldü və İsrail oğulları işdən inildəyib fəryad etdilər – və onların işdən doğan fəryadı Qüdrətliyə yüksəldi. Və Qüdrətli olan onların iniltisini eşitdi»(1). Başqa sözlə, onlar o qədər böyük əzablar çəkirdilər ki, buna dözmək mümkün deyildi. Və onlar duada o qədər israr edirdilər ki, «onların bu fəryadı Qüdrətliyə yüksəldi».

Lakin sonra onlar belə dediyini görürük: «Kaş biz … ət qazanlarının yanında oturduğumuz zaman, çörəyi doyunca yediyimiz zaman [öləydik]»(2). Həmçinin deyirdilər: «Misirdə pulsuz yediyimiz balığı, xiyarları, qarpızları, göyərtiləri, soğanı və sarımsağı xatırlayırıq»(3).

Lakin məsələ ondadır ki, əslində Misirdəki iş onlara çox xoş gəlirmiş. Buna görə də deyilir: «Onlar xalqlarla qarışdılar və onların əməllərini öyrəndilər»(4). Yəni əgər İsrail hər hansı bir xalqın hakimiyyəti altındadırsa, o xalq onların üzərində hökmranlıq edir. Və onların bu hakimiyyətdən çıxmaq imkanı olmur. Bu halda onlar bu işdə kifayət qədər dad hiss edirdilər və bundan xilas ola bilmirdilər.

Bəs Yaradan nə etdi? «Və Misir padşahı öldü»(5). Yəni onlar bu xidməti itirdilər. Və necə olur-olsun, artıq işləyə bilmədilər. Yəni onlar anladılar ki, moxinin kamilliyi olmadıqda, bu xidmət də kamil vəziyyətdə olmur. Buna görə də: «İsrail oğulları işdən inildədilər». İşdən – yəni onlar işdə razılıq tapmırdılar, yəni bu xidmət üçün heç bir həyat gücləri yox idi.

Və «Misir padşahı öldü» sözlərinin mənası da budur: onları bəsləyən və təmin edən Misir padşahının bütün hakimiyyəti öldü. Buna görə də onlarda duanın aşkarlanması üçün yer yarandı. Və onlar dərhal xilas olundular. Lakin sonra – səhrada getdikləri zaman və katnut vəziyyətinə gəldikdə – Misir padşahının ölümündən əvvəl onlarda olan həmin xidmətə yenidən meyl etməyə başladılar.