<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 150.Yaradanı vəsf edin, çünki O, ucalıq yaratdı

150.Yaradanı vəsf edin, çünki O, ucalıq yaratdı


(22 yanvar 1932-ci il.(1)-də eşidilmişdir)

Ayədə: «Yaradanı vəsf edin “zamru”, çünki O, ucalıq “geut” yaratdı»(2) – demək lazımdır ki, “zamru” sözü “güc və kəsmə “zimrat”(3) kimi mənasını verir, yəni həmişə kəsmək “lizmor” və Yaradanın üzüm bağından tikanları uzaqlaşdırmaq lazımdır - deməkdir. Və hətta insan özü özünü kamil hiss etdiyi zaman və ona elə gələndə ki, o, artıq bütün tikanları uzaqlaşdırıb, bu ayə bu barədə deyir: «Çünki O, təkəbbür “geut” yaratdı». Bu o deməkdir ki, sanki O, bu dünyada təkəbbürlə təchiz olunmuş bir məxluq yaratdı. Çünki insan öz gözündə sadiq və dürüst olmağı sevir və onun tikanları artıq uzaqlaşdırdığını və artıq kamil insan olduğunu, özünün hiss etməsi təkəbbürdən qaynaqlanır.

Lakin insan həmişə öz əməllərini təhlil etməli və onları on üsulla yoxlamalıdır və keçici hisslərə güvənməməlidir, çünki onlar yalnız təkəbbürdən gəlir. Necə ki, salehlərin adından ayə haqqında deyilib: «Siz tənbəlsiniz, tənbəlsiniz, buna görə deyirsiniz: “Gedək, Yaradan üçün qurbanlar gətirək”»(4). Bu o deməkdir ki, o [yəni Firon] İsrail oğullarına dedi: «Sizin “Gedək, qurbanlar gətirək...” deməyiniz – özünüz hiss edirsiniz ki, artıq Yaradanın qarşısında qurbangahda özünüzü qurban verməyə dəvət olunmusunuz – bu tənbəllik və arxayınlıq kimidir. Çünki siz artıq işləmək və özünüzü daim yoxlamaq istəmirsiniz ki, bu böyük xidmətə çağırılmağa layiq olasınız. Buna görə də sizə elə gəlir ki, artıq bu xidmətdə kamilsiniz, necə ki, bu ayənin sonunda izah olunur: “Çünki O, təkəbbür yaratdı”».