157.Mən yuxudayam, amma qəlbim oyaqdır
(18 aprel 1948-ci ildə eşidilmişdir)
Zoar kitabında deyilir: «İsrail Topluluğu dedi:Misir sürgünündə “Mən yuxudayam”(2) . Çünki oğullarım ağır köləlikdə idilər»(3). Yəni moxin yuxu vəziyyətində idi. Necə ki, «Var, yəni 'yeşno' [bir xalq]»(4) ayəsini izah edirlər – Onların Yaradanı yatmışdır, 'yaşen'.
«“Amma qəlbim oyaqdır”(2) – onları, sürgündə məhv olmasınlar»(3) deyə qorumaq üçündür. Yəni axoraim moxini aldıqda, onlar bununla qorunurlar, baxmayaraq ki, bu moxin hələ onların içində nur saçmır və onlar hələ sürgün vəziyyətindədirlər. Lakin buna baxmayaraq o «oyaqdır» adlanır, yəni: «Qəlbdən gələn dodaqlarda açılmır»(5). Qəlb isə VAK deməkdir, çünki orada VAK de-xoxma xüsusiyyəti var. Hətta qadlut zamanı belə orada başqa xoxma olmur, yalnız burada aldığı həmin o xüsusiyyət olur.
«Səs! Sevgilim qapını döyür»(2) – bu, toqquşma xüsusiyyətidir, Zeir Anpin xüsusiyyətinə aid olan hirik ekranının xüsusiyyətidir.
«“Və Mən Öz əhdimi xatırladım”6»(3) – bu, sünnət əhdi deməkdir, yəni nukvanın hökm vəziyyətidir, hansı ki, zaxarın(dxuranın) mühakimələrini ləğv edir. Çünki hökm xüsusiyyəti Qarı ləğv edən xüsusiyyətdir, çünki bu “kəsik” xüsusiyyətidir.
Həmçinin “bükmə” xüsusiyyəti adlanan başqa islahlar da vardır. «“Mənə iynənin ucu qədər aç, və Mən sənə Ali qapıları açaram”»(7). Çünki nazik açılış “nazik yollar” deməkdir, çünki xoxma xasadimsiz yalnız nazik formada Nur saçır. Yalnız sonra, xasadim cəlb olunduqda və xoxma xasadimə daxil olduqda, VAK “böyük yollar”a çevrilir.
«Ali qapılar» – bu, Aba ve İmaya qarşı münasibətdə olan xasadimdir və buna «təmiz hava» yəni 'avira daxya' deyilir. Çünki yalnız bu zaman xoxma olduqdan sonra və o xasadimi cəlb etdikdə, o, xasadim «təmiz hava» adlanır, çünki o xasadimi xoxmadan üstün tutur.
Onun xoxmasız xasadimi olduqda isə bu katnut vəziyyəti adlanır.
«Mənə aç» – bu, Zeir Anpin və onun bacısı olan Malxutdur, və o, xoxma xüsusiyyətindədir – yəni o, xoxmanı cəlb etmək istəyir.
«Çünki Mənim daxil olmağıma imkan verən giriş – səndədir»(7). Yalnız səndə xoxma xüsusiyyəti olduqda, Mənim xasadim xüsusiyyətində daxil olmağım üçün giriş olacaq, çünki Məndə Aba ve İma xüsusiyyəti var və bu «təmiz hava» adlanır.
«Yaradan misirlilərin ilk doğulanlarını öldürürdüyü zaman: gəl və gör… və O, Ali pillələri aşağı endirdi»(8). Misir isə burada sol xətt deməkdir. Lakin klipa formasındadır, yəni sağ xəttlə heç bir daxilolma olmadan mövcuddur. İsrail Misirdə olanda onların hakimiyyəti altında idilər və onlar da sol xətt xüsusiyyətini qəbul etməyə məcbur idilər.
İlk doğulanların bəlası isə o deməkdir ki, O, sol xəttin QAR hakimiyyətini ləğv etdi. Buna görə də: «Və O, İsrail müqəddəs nişanın əhdinə daxil olanda, Ali pillələri aşağı endirdi»(8). Sünnət əhdi isə nukvanın mühakimələri deməkdir və bu, zaxarın hökmünü ləğv edən xirik ekranıdır. Bunun sayəsində sol xəttin QAR-ı ləğv olunur və yalnız VAK xüsusiyyəti Nur saçır.
Belə çıxır ki, Yaradan onların ilk doğulanlarını vurduğu üçün, onlarda əhdi qorumaq gücü yarandı. «O zaman onlar o qanı girişdə göstərdilər»(8).
Və burada iki qan var idi: biri Pesax qurbanının qanı, digəri isə sünnətin qanı. Pesax qurbanının qanı – sol xətti daxil edən islahdır. Sünnətin qanı isə nukvanın mühakimələrinin islahı deməkdir və bu xirik xüsusiyyətidir. Çünki Pesax qurbanının qanı…