<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 148. Acı–şirin, həqiqət–yalanın ayırd edilməsi

148. Acı–şirin, həqiqət–yalanın ayırd edilməsi
(Eşidilmişdir)

“Acı və şirin” anlayışının ayırd edilməsi var, və “həqiqət və yalan” anlayışının da ayırd edilməsi var.

“Həqiqət və yalan” -nın ayırd edilməsi ağıl ,yəni 'moxa' da baş verir. “Acı və şirin”-nin ayırd edilməsi isə qəlbdə , yəni 'liba'-da baş verir. Buna görə də qəlbdə aparılan işə diqqət yetirmək lazımdır ki, o, alma xüsusiyyətində deyil, əta etmə xüsusiyyətində olsun. Təbiətinə görə isə insana yalnız almaq istəyi şirin, vermə istəyi, yəni əta etmə istəyi isə  acı gəlir. Və iş ondan ibarətdir ki, almanı əta etməyə çevirmək lazımdır. Bu isə qəlbin işi adlanır.

Ağılda isə “həqiqət və yalan”a aid olan iş görülür. Və bunun üzərində iman xüsusiyyətində işləmək lazımdır. Yəni o, müdriklərin imanına inanmalıdır, çünki işçi “həqiqət və yalan” məsələsini özü üçün ayırd edə bilməz.