<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 153.Fikir arzunun törəməsidir

153.Fikir arzunun törəməsidir
 

Eşidilmişdir 18 yanvar, 1948-ci il1, Tel-Əviv

Fikir arzunun törəməsidir. Nəyə qarşı arzu duyursa, həmin şey haqqında da düşünür. Və arzusuna uyğun gəlməyən şey barədə düşünməyəcək. Yəni, məsələn, öz ölüm günü haqqında heç vaxt düşünməyəcək. Əksinə: həmişə öz ölməzliyi haqqında düşünəcək, çünki bunu arzulayır. Belə çıxır ki, o, həmişə arzusuna uyğun olan şey haqqında düşünür.

Lakin fikrin xüsusi rolu var, çünki o, arzu yerində ilişib qaldıqda və yayılmağa, hərəkətini həyata keçirməyə gücü olmadıqda onu böyüdür. Ancaq o, arzu elədiyi şeyi düşünəndə və təfəkkür edəndə, yəni fikir arzudan istəyir ki, arzuya bu istəyin  reallaşması üçün hansısa məsləhətlər və fəndlər versin, – onda arzu böyüyür və genişlənir və, həqiqətən, öz hərəkətini təcrübədə həyata keçirir.

Buradan belə nəticə çıxır ki, fikir arzuya xidmət edir, arzu isə insanın mahiyyətidir. Və böyük mahiyyət və kiçik mahiyyət var. Və böyük mahiyyət kiçik mahiyyətlərə hökmranlıq edir. Və kim ki kiçik mahiyyətdir və heç bir hakimiyyəti yoxdur, onun bu mahiyyəti necə artırması üçün məsləhət ondan ibarətdir ki, daim bu arzu barədə düşünmədə olsun. Axı fikir – o, hansı ölçüdə onda qalırsa, həmin ölçüdə də böyüyür. Və buna görə də: «Və Onun Tövratını gündüz və gecə öyrənər»2. Çünki onda, ona daimilik sayəsində, o, böyük mahiyyət həddinə qədər böyüyür, nəhayət, “qüvvə mövqeyindən hökmranlıq edən” xüsusiyyətinə çevrilir.