<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 156.Elə olmasın ki, o​​​​​​​ Həyat Ağacından alsın

156.Elə olmasın ki, o Həyat Ağacından alsın


(29 yanvar 1945-ci ildə eşidilmişdir)

«Elə olmasın ki, o … Həyat Ağacından alsın, dadıb əbədi yaşasın»(2).

Atam və müəllimim bunu belə izah etdi: bəlkə o, örtülü xasadim xüsusiyyətindən götürəcək ki, bu da xazedən yuxarı olan xüsusiyyətdir. Bu isə(hər bir şeyə) tam təminat verər və buna görə Bilik Ağacının günahı düzəlməz, hansı ki xazedən aşağı olan xüsusiyyətdir. Buna görə də belə çıxır ki, Həyat Ağacı xazedən yuxarı olan xüsusiyyət adlanır, burada isə örtülü xasadim mövcuddur. Mənə elə gəlir ki, buna görə bizim dediyimiz sözləri belə izah etmək olar: «[Bizə ver…] elə bir həyat ki, orada səmalar qorxusu olsun və elə bir həyat ki, orada günah qorxusu olsun»(3).

Aralarındakı fərq, atam və müəllimimin izah etdiyi kimi, bundan ibarətdir: insan bəzən həyatı günah qorxusuna görə seçir, yəni günah etməmək üçün başqa çıxış yolu yoxdur. Bu halda onu saxlayan şey günah qorxusudur.“Səmalar qorxusu” isə o zaman adlanır ki, insanın başqa imkanı da var – yəni bu xüsusiyyəti seçməsə belə günah etməyəcək. Bununla belə, o yenə də bunu seçir, çünki Yaradan qarşısında qorxu və ehtiram hiss edir.

Və buna görə, örtülü xasadim katnut vəziyyətidir - demək olmaz. Bu yalnız  insanın başqa imkanı olmayanda belə adlanır. Lakin o, Raxel vəziyyətində açıq xasadimi dərk etdikdə, onda Lea vəziyyəti, yəni örtülü xasadim də QAR və qadlut xüsusiyyəti adlanır.

Və bu, səmalar qorxusu adlanır. Yəni onda açıq xasadim var, lakin buna baxmayaraq o, örtülü xasadimi seçir.

1.Onda Raxel xüsusiyyəti olmadıqda, bu VAK vəziyyəti adlanır.

2.Onda Raxel xüsusiyyəti olduqda isə bu Lea vəziyyəti adlanır və bu artıq QAR hesab olunur.