<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 135.Təmizi və salehi öldürmə

Yeguda Leyb HaLevi Aşlaq (Baal HaSulam)

135.Təmizi və salehi öldürmə

23 mart 1947-ci ildə, Tel-Avivdə eşidilmişdir

“Təmizi və salehi öldürmə”.

“Saleh” — Yaradanı doğruldan deməkdir, yəni o nə hiss edirsə — istər yaxşı, istər pis — hamısını ağılın fövqündə qəbul edir. Bu isə sağ xətt xüsusiyyətidir.

“Təmiz” isə əşyanın təmizliyi deməkdir, yəni onun gördüyü vəziyyət. Çünki “hakimin gözlərinin gördüyündən artıq heç nə yoxdur”. Əgər o əşyanı başa düşmürsə və ya onu dərk edə bilmirsə, onda onun gözləri qarşısında necə görünürsə, o görüntüləri gizlətmək olmaz. Bu isə sol xətt xüsusiyyətidir və o hər ikisinin mövcudluğunu qoruyub saxlamalıdır.