<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 117. Səy göstərdi və tapmadı – inanma

117. Səy göstərdi və tapmadı – inanma
 

Səy göstərmək zəruri bir şeydir. Çünki Yaradan insana bir hədiyyə verdikdə, istəyir ki, o, bu hədiyyənin mərhəmətini (xeyrini) hiss etsin. Əks halda, o, müdriklərimizin dediyi kimi axmaq sifətində olacaq: «Axmaq kimdir? Ona veriləni itirən»1. Axı onun üçün bunun əhəmiyyəti duyulmur, buna görə o, bu hədiyyəni qorumağa diqqət yetirmir.

Bir qayda var ki, insanda bir şeyə ehtiyac olmayınca, heç bir əhəmiyyət hiss etmir. Və ehtiyacın və əzabın böyüklüyünə uyğun olaraq – onu əldə etmədikdə – məhz həmin ölçüdə o, dolmanın (xisaronun doldurulmasının) dadını və sevincini hiss edir. Susuzluq çəkməyən adama müxtəlif yaxşı içkilər versələr də, onda heç bir dad olmaz; necə ki, deyilib: «Yorğun can üçün soyuq su necə təsir edirsə»2.

Ona görə də insanları həzzləndirmək və sevindirmək üçün süfrə açanda, – necə ki, ət, balıq və hər cür yaxşı təamlar hazırlanır, – həm də süfrəyə kəskin və acı şeylərin – yəni xardalın, acı bibərin, turşunun, duzlunun qoyulmasına diqqət yetirilir. Bunların hamısı aclıq əzabını oyatmaq üçündür. Axı ürək acı və kəskin dadı hiss etdikdə, aclıq və xisaron oyanır və insan öz xisaronunu yaxşı şeylərdən ibarət süfrə ilə doldurmalıdır.

Və heç kimin belə bir fikir ağlına gəlməsin: «Mənə aclıq əzabını oyadan şeylər nəyə lazımdır? Axı ev sahibi yalnız ehtiyacın dolumunu – yəni süfrəni hazırlamalıdır, bu doluma ehtiyacı oyadan şeyləri yox». Cavab hamıya aydındır: çünki ev sahibi istəyirsə ki, insanlar bu süfrədən həzz alsınlar, onda onların bu süfrəyə ehtiyacı nə qədərdirsə, məhz həmin ölçüdə süfrədən həzz alacaqlar.Deməli, o, yaxşı şeyləri çoxaltsa belə, yuxarıda deyilən səbəbə görə hələ bu o demək deyil ki, onlar süfrədən həzz alacaqlar, «çünki xisaron olmadan dolum yoxdur».

Buna görə də Yaradanın nuruna layiq olmaq üçün də xisaron xüsusiyyəti olmalıdır. Bu xisaron isə – səylərdir. İnsan ən böyük gizlənmə vaxtında nə qədər səy göstərir və Yaradanı tələb edirsə, həmin ölçüdə o, Yaradana ehtiyachiss edir, yəni Yaradan gözlərinə nur versin ki, Yaradanın yolu ilə getməyə layiq olsun. O zaman  artıq bu xisaron kli-si olanda Yaradan ona yuxarıdan müəyyən kömək verdikdə, o, bu hədiyyəni necə qorumağı biləcək.Deməli, səylər «axoraim» vəziyyətidir. Və o, «axoraim»i əldə etdikdə, «panim» simasına layiq olmaq imkanı yaranır.

Bu barədə deyilib: «Axmaq hikməti istəmir»3. Yəni onda elə də güclü ehtiyac yoxdur ki, hikmət  onu əldə etmək naminə səy göstərmək istəsin . Belə çıxır ki, onun «axoraim»i yoxdur. Aydındır ki, «panim» vəziyyətinə layiq olmaq mümkün deyil.

Və buna «Əzaba görə – mükafat»4 deyilir. Yəni səy adlanan əzablar kli yaradır ki, o, mükafat xüsusiyyətinə layiq ola bilsin. Başqa sözlə, nə qədər əzab çəkəcəksə, həmin ölçüdə sonradan sevinc və həzz xüsusiyyətinə layiq ola bilər.