<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 81.Ma”N-ın qalxması haqqında

81.Ma”N-ın qalxması haqqında


Məlumdur ki, qırılma nəticəsində müqəddəsliyin qığılcımları BYA [aləmlərinə] düşmüşdür. Və orada, BYA-da onlar islah oluna bilməzlər. Buna görə də onları Atsılut-a qaldırmaq lazımdır. Və bizim öz Yaradanımıza həzz çatdırmaq niyyəti ilə, özümüz üçün deyil, əmrləri və xeyirli əməlləri yerinə yetirməyimiz sayəsində bu qığılcımlar Atsılut-a qalxırlar. Və o zaman onlar pillələrin roş-unda yerləşən Alinin masaxına daxil olurlar, çünki orada bu masax əbədi qalır. Və o zaman qığılcımların daxil edilməsi ilə masax üzərində zivuğ baş verir. Və qaldırılmış qığılcımların ölçüsünə görə ali nur bütün aləmlərə cəlb olunur.

Və bu, Akudim parsuflarının təmizlənməsi zamanı baş verənə bənzəyir. Axı biz öyrənmişik ki, onun [yəni parsuflun] təmizlənməsi zamanı, nur ondan çıxdıqda, qufun masaxı reşimotlarla birlikdə roş-un pe-sinə qalxır. Bunun səbəbi isə budur ki, aşağı qəbul etməyi dayandırdıqda, deyilir ki, o öz aviyutundan təmizlənmişdir. Buna görə də qufun masaxı yenidən roş-un pe-sinə qalxa bilir. Çünki onun quf dərəcəsinə enməsi yalnız nurun yuxarıdan aşağıya, yəni alan kelimə yayılması səbəbindən idi. Halbuki roş həmişə aşağıdan yuxarı xüsusiyyətində sayılır, yəni yayılmaya qarşı durur. Buna görə də, quf yuxarıdan aşağıya nur qəbul etməyi dayandırdığı anda, daxili nur ilə əhatə edən nurun bituş toqquşması nəticəsində təmizlənmiş masax olmadığından, hesab olunur ki, qufun masaxı öz aviyutundan təmizlənmiş və reşimotlarla birlikdə roş-a qalxmışdır.

Eyni şəkildə, insan Tövrat və əmrlərlə məşğul olduqda almaq üçün deyil, əta etmək,vermək üçün və  bunun sayəsində qığılcımlar Atsılut aləminin roş-unda duran masaxa qalxırlar (və onlar pillədən pilləyə qalxaraq Atsılut-un roş-una gəlirlər). Və onlar bu masaxa daxil olduqda və masaxın böyüklüyünə uyğun nur səviyyəsi çıxdıqda, nur bütün aləmlərdə artır. Həmçinin yuxarıda bu yaxşılaşmanı oyadan insan da, aləmlərdə yuxarıda [vəziyyəti] yaxşılaşdırdığı üçün, nurlanma alır.