98. Ruhaniyyət o şeyə deyilir ki, heç vaxt ləğv olunmayacaq.
Ruhaniyyət o şeyə deyilir ki, heç vaxt ləğv olunmayacaq.Buna görə də almaq arzusuna, onun mövcud olduğu formada – yəni almaq üçün almaq formasında – maddi deyilir. Çünki o, bu formadan xilas olaraq ləğv olunacaq və vermək naminə almaq formasını qəbul edəcək.
Ruhaniyyətdə «məkanın mövcudluğu» reallığın yeri adlanır. Çünki ora – həmin məkana – gələn hər kəs başqasının gördüyü eyni formaları görür. Halbuki təsəvvür edilən şey «reallığın yeri» adlanmır, çünki o, yalnız təsəvvürdür. Axı hər kəs özünəməxsus şəkildə təsəvvür edir.
Bizim «Tövratın yetmiş siması var» deməyimiz isə o deməkdir ki, bu yetmiş pillədir. Hər bir pillədə Tövrat həmin pilləyə uyğun şəkildə açıqlanır. Amma «aləm» anlayışı – reallıqdır. Yəni o dünyada yetmiş pillədən hər hansı bir pilləyə gələn hər kəs, oraya gələn bütün başqaları kimi eyni formaları dərk edir.
Buradan bizim müdriklərimizin Tövratın kəlamlarını şərh edərək dediklərini anlayırıq. Onlar deyirlər: «İbrahim İtshaqa belə dedi» və sair bu kimi kəlamlarda. Onlar [yəni müdriklər] Tövratdakı personajların dediklərini demişlər – hansı ki, bu kəlamlarda aydın olur. Burada sual yaranır: onlar hardan bilirdilər ki, biri o birinə nə deyib?
Amma yuxarıda deyildiyi kimi, kim İbrahimın və ya hər hansı bir başqasının olduğu pilləyə gəlibsə, İbrahimın gördüyünü və bildiyini o da görüb və bilib. Buna görə də onlar bilirlər ki, İbrahim nə deyib.
Və eyni ilə müdriklərin bütün Tövrat ayələrini izah etmələrində də belədir. Onların hamısı buna görə idi ki, onlar da həmin pilləni dərk etmişdilər. Və hər bir pillə ruhani aləmdə reallıqdır və hər kəs bu reallığı görür. Necə ki, İngiltərədə London şəhərinə gələnlərin hamısı orada nə olduğunu və orada nə danışıldığını eyni görürlər.