<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 101.“Qızılgüllər üzərində Qalib Gələnə” məzmurun izahı

101“Qızılgüllər üzərində Qalib Gələnə” məzmurun izahı

 

28 fevral 1943-cü ildə eşidilmişdir

“Qalib gələnə” – artıq qalib gəlmiş olana.

“Qızılgüllər üzərində”( şoşanim)– yəni müqəddəs Şxina, bu da matəmdən bayrama və sevincə keçidi bildirir. Və onun çoxlu yüksəliş və eniş halları olduğuna görə, enişlər “qızılgüllər” adlanır, “onun dişlərini kütləşdir” sözündən. Yəni günahkarın suallarına cavab verməmək, əksinə “onun dişlərini kütləşdirmək” lazımdır. Çoxsaylı toqquşmalardan – yəni dəfələrlə “dişlərini kütləşdir” hərəkətindən – “qızılgüllərə” gəlirlər. Buna görə də onda sevincin bir çox cəhətləri var. Ona görə də cəmdə – “qızılgüllər” adlanır.

“Koraxın oğulları” – “karlıq” sözündən, yəni saçların töküldüyü vəziyyət. “Saçlar” isə “gizlənmə” deməkdir, “fırtına” sözündəndir. Və məlumdur ki, “əzaba görə mükafat var”. Yəni fırtınalar (seara) olduqda – bu, iş üçün yerdir, və o, bunu islah edir; fırtına əvəzinə “saç” (seara) xüsusiyyəti gəlir, bu da “Bunlar Yaradanın qapılarıdır” deməkdir. İnsan artıq bütün fırtınaları islah etdikdə, yəni onda heç bir gizlənmə qalmadıqda, artıq iş üçün yer qalmır və buna görə də mükafat üçün də yer qalmır.

Belə çıxır ki, insan “Korax” xüsusiyyətinə çatdıqda, artıq “Yaradanın qapıları” adlanan inam xüsusiyyətini davam etdirə bilmir; çünki qapı yoxdursa, Padşahın sarayına daxil ola bilməz. Axı əsas budur, çünki bütün bina inam xüsusiyyəti üzərində qurulub.

“Koraxın oğulları” – “bina” (idrak) sözündəndir, yəni onlar başa düşdülər ki, Korax sol xüsusiyyətdir və ondan cəhənnəm gəlir. Buna görə də onlar əvvəl malik olduqları dostluğu cəlb etmək istədilər, yəni “Yaradan, Sənin xəbərlərini eşitdim və qorxdum” vəziyyətində olduqları keçmiş zamandan. Yəni keçmiş zamandan cəlb etdikləri bu qüvvə sayəsində hallarda dayanmaq və uğurdan uğura getmək gücünə malik idilər. Və “Koraxın oğulları ölmədilər” sözünün izahı da budur; yəni başa düşdüklərinə görə ki, əgər Korax xüsusiyyətində qalsaydılar, həyat cəlb edə bilməzdilər, buna görə də ölmədilər.

“Nəsihət (maskil), sevgi nəğməsi(şiir)” – yəni onlar dərk etdilər ki, Yaradanla sevginin ölçüsü kamillikdədir.

“Qəlbim pıçıldayır (raxaş)” – bu, ürəkdə baş verən hərəkətdir və “ürəkdən dodaqlara açıqlanmır” adlanır. Yəni ağızla deyiləcək bir şey yoxdur, çünki bu, yalnız ürəkdə qəbul xüsusiyyətidir və “dodaqlarla pıçıldanır” adlanır.

“Yaxşı söz” – inam “yaxşı söz” adlanır.

“Deyəcəyəm: əməllərim Padşah üçündür” – yəni o, inam nurunu aldıqda deyir: “əməllərim Padşah üçündür”, özüm üçün deyil. Onda “Dilım sürətli katib qələmidir” xüsusiyyətinə layiq olur, yəni yazılı Tövrat xüsusiyyətinə, “Müəllimimiz Musa dili”nə layiq olur.

“Gözəlliyin insan övladlarından üstündür” – yəni müqəddəs Şxinaya deyir ki, onun gözəlliyi insan övladlarındandır. Yəni insanların onun haqqında düşündüklərindən, “bunda nə var ki” xüsusiyyətindən – məhz bundan gözəllik doğur.

“Lütf dodaqlarına tökülüb” – lütf məhz təriflənməyən şeylərə aiddir. Amma buna baxmayaraq, bunu arzulayırlar. Onda deyilir ki, onda lütf var.

“Dodaqlarına”(siftoteyxa) – yəni “kənarlara”, bu da bir dünyanın ucundan o biri ucuna qədər görmək deməkdir.