209.Dua üçün üç şərt
Eşidilmişdir
Duanın mövcud olması üçün üç şərt var:
- İnanmaq ki, Yaradan onu xilas edə bilər – baxmayaraq ki, onun halı öz nəslində olanların hamısından daha pisdir. Lakin məyər Yaradanın əli onu xilas etmək üçün bu qədər qısadırmı? Çünki, əks halda , sanki “Ev Sahibi Öz malını (kelimini) xilas edə bilmir.”¹
- Artıq onun əlində heç bir məsləhət (çıxış yolu) qalmayıb. Yəni,edə biləcəyi hər şeyi artıq edib, amma yaralarının şəfası gəlməyib.
- Əgər Yaradan ona kömək etməsə, belə həyatdan ölüm daha yaxşıdır.
Və dua – bu, ürəyin itkisidir.² Yəni insan özünü nə qədər ümidsiz, köməksiz hiss edirsə, onun duası da bir o qədər böyükdür. Çünki şübhəsiz ki, ifrat şeyləri çatışmayan adamı haqqında ölüm hökmü artıq çıxarılıb və yalnız icra olunmasını gözləyən digər bir adamla müqayisə etmək olmaz . O artıq dəmir qandallara bağlanıb və öz həyatı üçün mərhəmət diləyərək yalvarır .
Şübhə yoxdur ki, belə biri nə yatacaq, nə mürgüləyəcək, nə də bir an belə düşüncəsini bu yalvarışdan yayındıra biləcək. Onun bütün varlığı bircə yalvarışdır: həyatına rəhm olunsun.