195.Sürətləndirmə ilə layiq olublar
1938-ci ildə eşidildi.
«Layiq olublar — “Mən tezləşdirəcəyəm”- ‘axişena’»2, yəni Tövrat yolu ilə; «layiq olmayıbsa» — əzab yolu ilə, bu da inkişaf yoludur, çünki axırda hər şey tam kamilliyə gələcək.
Tövrat yolunun mənası ondadır ki, adama bunun üçün yararlı olan kelimləri yaratması üçün sadəcə xüsusi vasitələr ‘sgulot’ verilir. Kelimlər isə nurun yayılması və sonra çəkilməsi vasitəsilə yaranır. Çünki «kli» deyilən qab məhz almaq istəyidir. Yəni onda nə isə çatışmır. «Klisiz nur yoxdur» — yəni nurun saxlanması üçün onu hansısa qabda tutmaq lazımdır. Adi adamda isə uca şeylərə qarşı xisaron ola bilməz, çünki doldurulmadan əvvəl xisaron olmaz, deyildiyi kimi: «nurun yayılması…». Məsələn, bir adamın 1000 lirəsi varsa, varlıdır və razıdır. Lakin sonra daha çox — 5000 lirəyə qədər qazandıqdan sonra uduzub 2000-i qaldıqda, artıq onda xisaron var, yəni 3000 lirəlik kli var; çünki bu, onda olmuşdu və demək olur ki, indi o, ləğv olunub.
Bunun üçün Tövrat yolu var. İnsan Tövrat yoluna, yəni dərketməsinin kiçikliyinə görə təəssüflənməyə adət etdikdə və hər dəfə onda hansısa nurlanmalar olub çəkildikdən sonra, bu, onda daha böyük təəssüf və daha çox kelim yaranmasına gətirir.
Məsələnin mahiyyəti budur ki, hər bir kli nurdan məhrumdur, yəni dolmayıb və öz nurundan məhrumdur. Beləliklə, ona nə çatışmırsa, həmin yer inam üçün yerə çevrilir. Halbuki əgər o dolsaydı, nə klinin mövcudluğu, nə də inam üçün yerin mövcudluğu olardı.