<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 203.İnsanın təkəbbürü onu alçaldar

203.İnsanın təkəbbürü onu alçaldar
 

12 oktyabr, 1938-ci il¹, eşidildi

«İnsanın təkəbbürü onu alçaldar»². İzah: məlumdur ki, insan mütləq aşağılıqda yaradılıb. Lakin əgər aşağı olan öz yerini qəbul edərsə, aşağı olduğuna görə əzab çəkməz. Yəni bu, onun yeridir. Zibilin üstündə həmişə gəzən ayaqlar kimi: onların heç bir aşağılığı yoxdur. Və onlar bədənin yükünün bütün ağırlığını daşımağa borcludurlar. Başla isə başqa cür olur, o həmişə yuxarıdadır. Yəni onlar öz yerlərini qəbul edirlər, buna görə də ayaqların heç bir aşağılığı yoxdur, yəni aşağı dərəcədə olmalarından heç bir əziyyət çəkmirlər.

Halbuki, əgər onlar yuxarıda olmaq istəsəydilər, amma aşağıda olmağa məcbur olsaydılar, onda əziyyət hiss edərdilər. Və bu, «İnsanın təkəbbürü onu alçaldar» sözlərinin mənasıdır. Çünki əgər insan aşağılıqda qalmaq istəsəydi, onda «insan vəhşi eşşək kimi doğular»³, yəni  həqiqətində heç bir aşağılıq, yəni heç bir əziyyət hiss olunmazdı. Lakin onlar təkəbbürdə olmaq istəyirlər və onda aşağılığı hiss edirlər. Beləcə onların əziyyəti olur.

Və əziyyətlə aşağılıq əl-ələ gedir. Çünki əgər onda əziyyət yoxdursa, bu, onda aşağılıq yoxdur deməkdir. Və bu, onda olan təkəbbür ölçüsünə tam uyğun gəlir. Ya o, bunun özündə olmasını istəyir, amma yoxdur — belə olduqda o, aşağılıq hiss edir. Və bu aşağılıq sonradan böyüklük üçün kli olur; necə deyilmişdir: «Rəbb hökmdardır, “geut” — böyüklük — libasına bürünmüşdür»⁴. Yəni, əgər onlar Yaradanla yapışsalar, onlarda böyüklüyün libası olar; necə deyildiyi kimi: «Əbədi Yaşayana “geava” — qürur — və böyüklük»⁵. Yəni Əbədi Yaşayanla tutunanların qüruru və böyüklüyü vardır. Və insan nə qədər aşağılıq ölçüsünü hiss edirsə, və o, çəkdiyi əziyyətlərin böyüklüyünə görə nə qədərdirsə, elə o qədər də Yaradanın libasına layiq olur.