80. «axor be-axor» barədə
Eşidilmişdir
«Panim» və «axor» belə deməkdir: ali xeyri almaq və ya xeyir vermək «panim» xüsusiyyəti 'üz tərəfi' adlanır, inkar xüsusiyyəti isə «axoraim» 'arxa tərəf' xüsusiyyəti adlanır, yəni o nə alır, nə də verir.
Ona görə də insan işə başlayanda, onda hələ almaq arzusunun kelimləri olduğu üçün «axor be-axor» 'arxa-arxaya' xüsusiyyətində olur, və əgər o bu kelimlərə ali xeyri cəlb edərsə, nura zərər vura bilər. Çünki o, əks xüsusiyyəti təmsil edir, belə ki, nurlar Kökdən çıxır, və Kök isə yalnız verir. Buna görə də aşağıdakılar İma-nın «axoraim» adlanan kelimlərindən istifadə edirlər, yəni onlar zərər verməmək üçün almaq istəmirlər. Və Yaradan da yuxarıda deyilən səbəbdən onlara vermir, çünki nurlar özlərini qoruyurlar ki, aşağıdakılar onlara zərər vurmasınlar. Buna görə buna «axor be-axor» deyilir.
Bir neçə yerdə yazılanı aydınlaşdırmaq gərəkdir, ki, harada çatışmazlıq varsa, orada həmçinin klipanın qidalanması var. Demək olar ki, səbəb ondadır ki, bu yer hələ aviyut xüsusiyyətindən təmizlənməyib. Axı əks halda,nur tam kamillikdə parlayardı, çünki ali nur kəsilmir, və əgər yalnız ekranla islah olunmuş yer varsa, ali nur dərhal onunla birləşir. Və çatışmazlıq yeri mövcud olduğuna görə, yəni ali nur olmadığına görə, mütləq, hələ almaq arzusuna tam şəkildə söykənən aviyut xüsusiyyəti var.