<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 99.Günahkar və ya saleh – demir

99.Günahkar və ya saleh – demir


Eşidildi, 21 İyar, Qüds

 «Ravvin Xanina bar Pappa belə izah edirdi: mayalanmaya cavabdeh olan mələk “gecə” adlanır. Və o, damlanı götürüb Yaradanın qarşısına qoyur və Ona deyir: Aləmin Hökmranı, bu damla – bununla nə olacaq: [bu adam] güclü olacaq, yoxsa zəif, müdrik olacaq, yoxsa axmaq, varlı olacaq, yoxsa kasıb? Amma o, günahkar olacaq, yoxsa saleh, bunu demir».1
 

Və bunu qaydaya uyğun olaraq izah etmək lazımdır ki, axmağın saleh olması mümkün deyil; necə ki, müdriklərimiz demişlər: «İnsana axmaqlıq ruhu girməsə, o, günah etməz».2 Bir o qədər də, bütün ömrü boyu axmaq olan barəsində [bu keçərlidir]. Belə olan halda axmaq doğulanın heç bir seçimi yoxdur, axı ona axmaq olmaq qismət olub. Bu halda «saleh və ya günahkar – demir» deyildiyinin mənası odur ki, onun seçimi olsun. Bəs o halda bunun faydası nədir ki, onun saleh və ya günahkar olacağını demədi? Axı, əgər ona axmaq olmaq qismət oldusa, bu halda sanki ona avtomatik olaraq günahkar olmaq qismət olub.

Həmçinin müdriklərimizin sözlərini də başa düşmək lazımdır: «Ravvin Yoxanan dedi: Yaradan gördü ki, salehlər azsaylıdır, O götürdü və onları hər bir nəslə yerləşdirdi; necə ki, deyilib: “Çünki Yaradana məxsusdur yerin sütunları və O, onların üzərində aləmi möhkəmləndirdi”».3,4 Və Rəşi izah etdi: «“Və O, aləmi onların üzərində möhkəmləndirdi” – onları bütün nəsillərə səpələdi ki, onlar dayaqlar, dəstək və aləmin mövcudluğunun əsası olsunlar».5

«Azsaylı» o deməkdir ki, onların sayı get-gedə azalır. Bəs o, onların çoxalması üçün nə etdi? «Götürdü və onları hər bir nəslə yerləşdirdi». Soruşmaq olar: bunda qazanc nədir ki, O, onları hər nəsilə yerləşdirməklə çoxaltdı? Yəni başa düşmək lazımdır ki, bütün salehlərin bir nəsildə olması ilə onların nəsillərə səpələnməsi arasında fərq nədədir: Raşi izah etdiyi kimi – onların çox nəsildə yerləşməsi sayəsindəmi salehlər çoxaldı?

Yuxarıda deyilənləri anlamaq üçün, müdriklərimizin sözlərini daha ətraflı araşdırıb izah etmək lazımdır: Yaradan bu damla üçün qərar verir – müdrik olacaq, yoxsa axmaq. Yəni zəif doğulan və öz [pis] başlanğıcına qalib gəlməyə gücü olmayan, zəif istəklə doğulan və qabiliyyətləri olmayan barəsində; və hətta hazırlıq vaxtında da – yəni insan Yaradanın işinə başladıqda – o, Tövratı və müdrikliyi qəbul etməyə qadir olmalıdır, necə ki, «Müdriklərə müdriklik verir» deyilib.6 [Baal HaSulam] soruşdu: əgər onlar artıq müdrikdirlərsə, daha nəyə müdriklik? Axı «axmaqlara müdriklik verir» olmalı idi?

İzah bundan ibarətdir ki, müdrik adlanan o kəsdir ki, hələ onda müdriklik olmasa da, müdrikliyə can atır. Lakin onda arzu olduğuna görə – arzu kli adlanır – belə çıxır ki, müdrikliyə arzu və canatması olan onda müdrikliklə nurlandırmaq üçün kli var. Buradan belə çıxır ki, axmaq – onda müdrikliyə canatma olmayan, bütün canatması yalnız öz ehtiyaclarına [doyumuna] olan şəxsdir. Verməyə gəldikdə isə, axmaq əsla verməyə qadir deyil.

Belə olan halda, bu cür xüsusiyyətlərlə doğulan insan necə saleh dərəcəsinə çata bilər? Belə çıxır ki, onun seçimi yoxdur. Bu halda «saleh və günahkar – demədi» sözlərinin faydası nədədir? Seçim olsun deyə! Amma axmaq və ya zəif doğulduqda, onda artıq seçim əldə etmək imkanı yoxdur, çünki o, heç bir dəf etməyə və Yaradanın müdrikliyinə can atmağa qadir deyil.

Bunu – yəni axmaq üçün də seçimin ola biləcəyini – anlamaq üçün Yaradan «Yaradan gördü ki, salehlər azsaylıdır, O götürdü və onları hər bir nəslə yerləşdirdi» sözləri ilə adlandırılan bir islah etdi.4 Və biz soruşduq: Bunda fayda nədir?

İndi məsələnin nədən ibarət olduğunu anlayacağıq. Məlumdur ki, günahkarlarla birləşmək olmaz – baxmayaraq ki, o, onların əməlləri kimi etməmişdir – necə ki, deyilib: «İstehza edənlərin məclisində oturmadı».7 Bu o deməkdir ki, əsas günah – onun istehza edənlərin arasında oturması ucbatındandır, baxmayaraq ki, o, oturur və Tövrat öyrənir və ehkamları yerinə yetirir. Əks halda [günahkarlara birləşməyin] qadağası, Tövrat və ehkamları öyrənmədiyinə görə olardı. Lakin qadağan olunan elə oturmaq faktıdır. Çünki insan xoşladığı şəxslərdən düşüncə və istəkləri mənimsəyir.

Əksinə də doğrudur. Əgər onda ruhaniyyətə dair heç bir istək və canatma gücü yoxdursa, lakin o, ruhaniyyətə istək və canatımı olan adamların arasında olarsa – əgər bu adamlar ona xoşdursa – o da, təbiətinə görə onda olmasa da, onlardan dəf gücünü, istəklərini və canatımlarını əldə edər. Amma onların cəlbediciliyi və onlara verdiyi əhəmiyyət sayəsində yeni qüvvələr əldə edir.

Buradan müdriklərimizin sözlərini anlayacağıq: «Yaradan gördü ki, salehlər azsaylıdır»,4 bu o deməkdir ki, hər insan saleh ola bilmir, çünki bunun üçün onda qabiliyyət çatmır – yuxarıda deyildiyi kimi, o, axmaq və ya zəif doğulub. Yenə də onda seçim var və onun öz xüsusiyyətləri tərəfindən bəraəti yoxdur, çünki Yaradan salehləri hər nəsildə yerləşdirib.

Buna görə insanın seçimi var – salehlərin olduğu yerə getmək və onların hakimiyyətini qəbul etmək. O zaman o, doğuluşdan çatmayan qüvvələri alacaq. Və bunları salehlərdən alacaq. Və bu, «O, onları bütün nəsillərə səpələdi» sözlərinin faydasıdır – hər bir nəsildə müraciət edib yapışmağa və onlardan saleh dərəcəsinə qalxmaq üçün gərəkli qüvvələri almağa kimsə olsun deyə. Və bunun sayəsində onlar sonra özləri də saleh olurlar.

Beləliklə, «saleh və günahkar – demədi» sözləri onu ifadə edir ki, onda seçim var: salehlərə gedib yapışmaq, onların onu yönəltmələri və vasitələrilə qüvvələr almaq; bunun sayəsində sonra saleh ola bilərlər. Halbuki əgər bütün salehlər bir nəsildə olsaydı, axmaqlar və zəiflər Yaradanı yaxınlaşdırmağa heç bir vasitə tapa bilməzdilər. Belə çıxır ki, onların seçimi olmazdı. Amma O, salehləri bütün nəsillərə səpələyəndə, hər kəsin artıq elə bir seçim qüvvəsi var ki, hər bir nəsildə olan salehlərə yaxınlaşa bilsinlər. Əks halda onun Tövratı ölüm cövhəri olmalı idi.

Bunu maddi bir nümunədən anlayacağıq. İki adam bir-birinin qarşısında duranda belə alınır ki, birincinin sağ tərəfi ikincinin sol tərəfinin qarşısındadır və birincinin sol tərəfi o birinin sağ tərəfinin qarşısındadır. İki yol var: biri – sağ yol – salehlərin yoludur, onların bütün qayğıları yalnız vermə haqqındadır; [ikincisi] – sol yol – onların bütün qayğıları yalnız özləri üçün almaq haqqındadır və bununla da onlar tamamilə verməkdən ibarət olan Yaradandan ayrılırlar; avtomatik olaraq Həyat Mənbəyindən ayrılırlar.

Buna görə «günahkarlar həyatda ikən ölü adlanırlar».8 Bu baxımdan belə çıxır ki, insan hələ Yaradana yapışmağa nəsib olmadıqda, belə alınır ki, onlar – ikidir. Onda insan Tövratı öyrəndikdə – sağ adlanan – lakin bu, Yaradana görə sol tərəfdən olur, yəni o, Tövratı özünə almaq naminə öyrənir – bu isə Yaradandan ayırır – belə çıxır ki, onun Tövratı onun üçün ölüm cövhərinə çevrilir, çünki o, ayrı qalır. Axı o, istəyir ki, Tövrat onun bədənini bürüsün. Bu o deməkdir ki, o, istəyir ki, Tövrat onun maddi [var-dövlətini] çoxaltsın. Buna görə onun Tövratı onun üçün ölüm cövhəri  olur.

Əksinə isə – o, Yaradana qovuşmağa gəldikdə. Beləliklə, onda Tək Olanın hakimiyyəti yaranır, yəni o, Yaradanın vahidliyinə birləşir. Onda avtomatik olaraq onun sağ tərəfi Yaradanın sağ tərəfi olur. Və onda bədən onun ruhunun geyimi olur.

Onun həqiqət yoluyla gedib-getmədiyini bilmək nişanı budur ki, o, bədəninin ehtiyacları ilə məşğul olanda nəzarət edir ki, bədənin ehtiyacları ilə ruhunun ehtiyaclarından artıq məşğul olmasın. Və ona görünəndə ki, ruhunun ehtiyaclarını geyindirmək üçün lazım olandan artığı var, bu, onun fikrincə, insanın bədəninə geyindirdiyi geyim kimidir. Onda o, diqqətlə nəzarət edir ki, bu geyim nə uzundur, nə də enlidir – o, bədəninə dəqiq geyindirməlidir. Eləcə də insan öz bədəninin ehtiyacları ilə məşğul olanda, diqqətlə nəzarət etməlidir ki, bu, ruhu üçün lazım olandan çox olmasın, yəni ruhunu geyindirmək üçün.

Yaradana qovuşmağa gəlmək – «Yaradanı istəyən hər kəs gəlib onu götürə bilməz», çünki bu, insanın təbiətinə ziddir: o, alma istəyi – yəni eqoist məhəbbət sifətində yaradılıb. Buna görə nəsillərin salehlərinə ehtiyacımız var.

Axı insan həqiqi müəllimə yapışdıqda – hansının ki, arzusu yalnız yaxşı işlər görməkdir – lakin insan hiss edir ki, o, yaxşı işlər görməyə qadir deyil, yəni niyyəti Yaradanı sevindirmək olsun – onda həqiqi müəllimə yapışdığına və müəlliminin gözündə lütf qazanmaq istədiyinə görə – yəni müəlliminin sevdiyi işləri görür və müəlliminin nifrət etdiyi şeylərə nifrət edir – onda müəllimlə qovuşma ola bilər və [o], onda doğuluşdan olmasa da, müəllimdən qüvvələr ala bilər. Və bu, «O, salehləri hər nəsildə yerləşdirdi» adlanır.

Lakin buradan aydın deyil ki, nə üçün O, salehləri hər nəsildə səpələdi. Dedik ki, bu, axmaqlar və zəiflər üçün. Amma Onun başqa bir imkanı vardı – yəni axmaqları yaratmamaq. [Axı] kim Onu məcbur edir ki, bu damla axmaq və ya zəif olacaq desin; axı O, hamını ağıllı yarada bilər.

Cavab isə budur ki, axmaqlar da lazımdır, çünki onlar almaq istəyinin daşıyıcılarıdır. Və görürük ki, onların özlərində Yaradana yaxınlaşmağa imkan verən heç bir vasitə yoxdur. Onda onlar barəsində deyilib: «Və çıxıb insanların cəsədlərinə baxacaqlar, [Məndən dönənlərin,] çünki onların odu sönməyəcək və qurdları ölməyəcək, və onlar hər bədən üçün iyrənc olacaqlar».10 Yəni onlar salehlərin ayaqları altında toza çevrildilər və bunun sayəsində salehlər bilirlər ki, Yaradan onlara necə yaxşılıq edib – onları müdrik və güclü yaradıb və bununla onları Özünə yaxınlaşdırıb. Və indi onlar bunun üçün Yaradanı tərif və şükürlə ucalda bilərlər, çünki görürlər ki, onlar alçaqlıq halındadırlar. Bu isə salehlərin ayaqları altındakı toz sayılır – yəni salehlər bunun sayəsində daim Yaradanı tərif edirlər.

Lakin bilmək lazımdır ki, aşağı dərəcələr də lazımdır. Axı kiçiklik ‘katnut’ dərəcəsinin azlığı artıq sayılmır ki, guya desinlər: daha yaxşı olardı ki, kiçiklik ‘katnut’ dərəcələri də dərhal böyüklük ‘gadlut’ olaraq doğulardı.

Bu, maddi bədən kimidir: şübhəsiz, onda ağıla, gözlərə və s. bənzər mühüm orqanlar var. Həm də elə də mühüm olmayan orqanlar var – mədə və bağırsaqlar, əllərin və ayaqların barmaqları kimi. Və demək olmaz ki, o qədər də mühüm olmayan rola xidmət edən hər hansı bir orqan artıqdır. Axı hər şey vacibdir. Ruhaniyyətdə də oxşar olaraq – yuxarıda deyildiyi kimi – həm axmaqlar, həm də zəiflər lazımdır.

Buradan «Mənə dönün, Mən də sizə dönəcəyəm»11 deyildiyini başa düşəcəyik. Bu o deməkdir ki, Yaradan deyir: «Dönün». İsrail isə əksinə deyir: «Bizi Özünə döndər, ey Yaradan, və biz dönək».12

Bu o deməkdir ki, insan əməldən çəkiləndə Yaradan ona deyir: «Əvvəlki kimi dön». Və bunun sayəsində insanda Yaradanın işində yüksəliş yaranır. Və onda insan qışqırmağa başlayır: «Bizi döndər!» Eyni zamanda, eniş vaxtında insan «Bizi döndər!» deyə qışqırmır, əksinə, işdən qaçır. Buna görə insan bilməlidir ki, «Bizi döndər!» deyə qışqıranda, bu, yuxarıdan oyatmadan gəlir – yəni bundan əvvəl Yaradan demişdi: «Dönün». Və bunun sayəsində onda yüksəliş var və o, «Bizi döndər!» deyə bilər.

Və bu, «Və , gəmi hərəkət edirdi, Musa deyirdi: Qalx, ey Yaradan, və düşmənlərin səpələnsin»13 sözlərinin mənasıdır. Hərəkət – Yaradana xidmətə irəlilədikdə – yəni yüksəliş deməkdir. O zaman Musa deyirdi: «Qalx!» «Və dayananda deyirdi: Qayıt, ey Yaradan!»14 Və Yaradana xidmətdə dayanma vaxtında Yaradan deməlidir: «Dönün!» – yəni «Mənə dönün». Yəni Yaradan oyatma verir. Buna görə bilmək lazımdır ki, nə vaxt «Qalx!» demək lazımdır, nə vaxt – «Qayıt!»

Və buna görə « Yaradanın səni apardığı yolu  yadında saxla … ta ki, qəlbində nə olduğunu bilsin: Onun ehkamlarını yerinə yetirəcəksənmi, yoxsa yox»15 – Ekev həftəlik fəsilində deyilib. «Onun ehkamlarını yerinə yetirəcəksənmi» – «Qayıt» xüsusiyyətidir. «Yoxsa yox» – «Qalx» xüsusiyyətidir. Hər ikisi lazımdır. Və bunu müəllim bilir – nə vaxt «Qalx», nə vaxt «Qayıt». Axı 42 keçid – Yaradana xidmətdə baş verən yüksəlişlər və enişlərdir.