<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

119. Gizli öyrənən o şagird
 

Eşidilmişdir, 16 sentyabr 1942-ci il

[Bruriya qarşılaşdı] gizlicə öyrənən o şagirdlə, Bruriya onu vurdu və dedi: [Məgər deyilməyib:] «Hər şeydə nizamlanmış [və qorunan]»? Əgər 248 [üzvündə] nizamlanmışdırsa – qorunur».

«Gizli şəkildə» – «xaşay» deməkdir, bu da «xaş-mal» sözündən olan katnut deməkdir. «Xaş» – «sus» adlanır və kelim de-panım sayılır. «Mal» isə kelim de-axor adlanır. Və bunlar xazədən aşağı olan kelimdir ki, gadlut vəziyyətinə gətirir.

Söhbət gedən şagird düşünürdü ki, əgər o «xaş» xüsusiyyətinə, yəni vermək istəyinin xüsusiyyətinə nail olmuşdursa və bütün niyyətləri yalnız əta etmək üçündürsə, deməli artıq bütün kamilliyə nail olmuşdur. Lakin aləmlərin yaradılışının son məqsədi məxluqlarını həzzləndirmək olduğuna görə, yəni onların bütün ali həzzləri almaları üçün, insan bütün dərəcəyə, hətta xazedən aşağıya da çatmalıdır, yəni bütün 248 [üzvə]. Buna görə də Bruriya ona ayəni gətirdi: «hər şeydə nizamlanmış», yəni bütün 248 [üzvdə]. Yəni o, xazedən aşağıya da [nurları] cəlb etməlidir. Yəni o, həmçinin gadlutu da cəlb etməlidir. Bu isə «mal»dır, yəni danışıq, aşkarlanma xüsusiyyəti, belə ki, o, bütün dərəcəni aşkara çıxarsın. Lakin onların zədələnməməsi üçün əvvəlcə «xaş» adlanan katnutu qəbul etmək lazımdır ki, o da gizlindədir, çünki hələ aşkarlanmamışdır. Sonra isə o, «mal» xüsusiyyətini, yəni gadlut vəziyyətini də aydınlaşdırmalıdır. O zaman bütün dərəcə aşkar olacaqdır.

Bu isə «Nizamlanmış və qorunan» deməkdir. Yəni artıq onda qorunma vəziyyəti, yəni katnut olduğu üçün, o artıq gadlutu cəlb edə bilər və onda qorxu yoxdur.