<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 113.“On səkkiz xeyir-bərəkət” duası

Yehuda Leib Halevi Aşlaq (Baəl Sulam)

113.“On səkkiz xeyir-bərəkət” duası


Eşidilib kislev ayının 15-də, Şənbə günü
 

“On səkkiz xeyir-bərəkət” duasında deyilir: “Çünki Sən mərhəmətlə Öz xalqın İsrailin bütün ağızlarının duasını eşidirsən.”¹ Və ilkin baxışda aydın deyil: əvvəl deyirik “bütün ağızların duasını eşidirsən”, yəni Yaradan hətta (arzuolunmaz) ağızları da eşidir. Çünki deyilir “bütün dillərin”, yəni hətta arzuolunmaz olanları da. Amma sonra deyilir: “Sənin xalqın İsrailin mərhəmət duasını.” Belə çıxır ki, dua yalnız mərhəmət barədədirsə – onda eşidilir, əks halda yox.

Məsələ ondadır ki, bilmək lazımdır: Yaradanın işində bütün ağırlıq hər addımda mövcud olan ziddiyyətdən gəlir. Məsələn, bir qayda var ki, insan (təvazökar) olmalıdır. Ancaq biz bu həddə riayət etsək,hərçənd müdriklər deyiblər: “Çox təvazökar ol”² – buna baxmayaraq, bu hədd qanun demək deyil. Çünki məlumdur ki, insan bütün dünyaya qarşı durmalıdır və dünyada mövcud olan çoxsaylı fikirlərin qarşısında ləğv olmamalıdır, necə ki, deyilir: “Və onun qəlbi Yaradanın yollarında yüksəldi.”³ Belə olan halda bu qayda elə bir qayda deyil ki, biz- kamillik ondadır- deyək .

Əgər digər həddə – təkəbbürə – getsək, bu da yaxşı deyil. Çünki  Yaradan deyir –“kim ki təkəbbür göstərir, Mən və o eyni yerdə qala bilmərik.”⁴ Və bunu analoji olaraq iztirablar haqqında da görürük. Yəni əgər Yaradan insana iztirab göndərirsə – və biz inanmalıyıq ki, Yaradan xeyirlidir və xeyir verəndir – onda mütləq qaydada Onun göndərdiyi bu iztirablar insana xeyir gətirməlidir. Belə olan halda biz necə dua edə bilərik ki, Yaradan bizdən iztirabı götürsün?

İztirablar barədə bilmək lazımdır ki, onlar yalnız insanı islah etmək üçündür ki, o, Yaradanın nurunu qəbul etməyə yararlı olsun. Və iztirabların funksiyası bədəni təmizləməkdir, necə ki, müdriklər demişlər: “Necə ki, duz əti yumşaldır, eləcə də iztirablar bədəni təmizləyir.”⁵ Dua isə iztirabların yerinə qoyulmuşdur ki, bədəni təmizləsin. Lakin dua Tövratın yolu adlanır. Buna görə də dua bədəni şirinləşdirmək üçün iztirablardan daha təsirlidir. Və buna görə də iztirablar haqqında dua etmək bir ehkamdır, çünki bununla həm fərd üçün, həm də bütün cəmiyyət üçün əlavə (üstünlük) yaranır.

Və buna görə də ziddiyyət insanda Yaradanın işində ağırlıq və fasilələr yaradır. O, işinə davam edə bilmir və özünü pis hiss edir. Ona elə gəlir ki, o, “öküz kimi boyunduruq, eşşək kimi yük altında” Ali Malxutun boyunduruğunu qəbul etməyə layiq deyil.Və belə çıxır ki, o anda ona “arzuolunmaz” deyilir. Amma onun bütün niyyəti  Malxut adlanan inam xüsusiyyətini cəlb etməkdir, yəni “Şxinanı küldən qaldırmaqdır”, yəni onun niyyəti odur ki, Yaradanın adı dünyada ucalsın və Müqəddəs Şxina yoxsul və kasıb kimi görünməsin – belə ki,onda “Yaradan bütün dillərin duasını eşidir.” Yəni hətta xoşagəlməz bir adamdan belə, yəni hətta o adam  özü də hiss edir ki, hələ Yaradanın işindən uzaqdır.

Və bu sözlərin mənası budur: “Çünki Sən bütün ağızların duasını eşidirsən.” O nə zaman bütün ağızların duasını eşidir? O zaman ki, “Sənin xalqın- İsrail mərhəmət üçün dua edir.” Yəni sadə (mərhəmət) üçün. İnsan “Şxina küldən qaldırılsın.”-deyə dua edəndə. Yəni inamın qəbul edilməsi haqqında. Və bu, üç gün ac qalmış bir adama bənzəyir: o kimsədən nəsə istəyəndə, o heç bir ifrat şey istəmir, sadəcə yaşayışını saxlamaq üçün nəsə yemək istəyir.

Eynilə Yaradanın işində də – insan özünü sanki göy ilə yer arasında asılı halda tapanda, o, Yaradan’dan heç bir artıq şey istəmir, yalnız inam nurunu diləyir. Yəni Yaradan gözlərinə nur versin ki, o, inamın xüsusiyyətini qəbul edə bilsin. Bu “Şxinanı küldən qaldırmaq”adlanır. Və bu dua “bütün ağızlardan” qəbul olunur: insan hansı vəziyyətdə olursa-olsun, əgər o, həyatını qorumaq üçün inam barədə yalvarırsa – onun duası qəbul olunur.

Və bu “mərhəmət haqqında” adlanır. Yəni  duası yalnız ondandır ki, yuxarıdan ona rəhm olunsun ki, o, öz həyat qüvvəsini saxlaya bilsin. Və Zoar kitabında yazılan: yoxsulun duası dərhal qəbul olunur-ifadəsinin mənası budur. Yəni o zaman ki, dua Müqəddəs Şxina haqqındadır – o, dərhal qəbul olunur.