<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 105.Qanunsuz doğulmuş müdrik cahil Baş Kahindən irəlidir

105.Qanunsuz doğulmuş müdrik cahil Baş Kahindən irəlidir

1 noyabr 1944-cü ildə eşidilmişdir¹, Tel-Əviv

«Qanunsuz doğulmuş müdrik² cahil Baş Kahindən irəlidir»³.

«Qanunsuz doğulmuş» “mamzer” deməkdir – “yad ilah” “el-zar”, yəni “yad” “ax-zar”. Qanunsuz doğulmuş o deməkdir ki, insan “bütlərə yönəlməyin”⁴ qadağasını pozduğu üçün onlar ona qanunsuz doğulmuş törədirlər.

Çünki “bütlərə yönəlmək” o deməkdir ki, o, Sitra Axra ilə, yəni ona qadağan edilmiş qadınla zivuq edir. Və buna: “Qadağan edilmiş qadınla yatan və ondan qanunsuz doğulmuş törədən”⁵deyilir. “Adi insanların biliyi Tövratın biliyinə ziddir”⁶. Buna görə də cahillə müdrik arasında ixtilaf var. Və bunda böyük fərq var ki, insan qanunsuz doğulmuş törədib ya yox. Çünki müdrik deyir ki, bu da Yaradan­dandır, çünki onun gözləri qarşısında görünən forma, yəni qanunsuz doğulmuş xüsusiyyəti – deyir ki, Yaradan ona bu səbəbi yönəldib.

Halbuki günahkar deyir ki, bu sadəcə günahına görə onda yaranmış yad fikirdir. Və onun günahlarını düzəltməkdən başqa bir şeyə ehtiyac yoxdur.

Müdrik isə inanmağa qadirdir ki, bu da – yəni onun forması, necədirsə elə – onun həqiqətini görməlidir və bununla birlikdə ali Malxutun boyunduruğunu canını fəda etməyə qədər qəbul etməlidir.

İzah: hətta əhəmiyyət baxımından ən aşağı xüsusiyyətə, ondan aşağısı olmayan və daha böyük gizlənmə olmayan hal da – hər şeyi Yaradanla bağlamalıdır. Yəni ki, bu mənzərəni, İdarə ilə bağlı yad fikirlər adlanan bu şəkli ona Yaradan qurur. Və o, belə kiçik xüsusiyyətdə belə, müqəddəslikdə böyük biliyi varmış kimi, biliyin fövqündə işləməlidir.

Baş Kahin isə – Yaradan­a xidmət edənə Baş Kahinə deyilir, necə ki, deyilib: «Çünki onların çoxu…»⁷. Yəni onların çox Tövratı və çox ehkamları var və heç bir çatışmazlıqları yoxdur. Buna görə də əgər insan birləşməyə və işdə hansısa qaydanı qəbul etməyə gəlibsə, qanun belədir ki, qanunsuz doğulmuş müdrik əvvəl gedir.

Yəni o, öz qanunsuzluğunu müdrik kimi (hərfi mənada “müdrikin şagirdi” kimi) qəbul edəcək. Çünki Müdrik Yaradan adlanır. Onun şagirdi isə Yaradanın ağzından öyrənəndir. Çünki yalnız Müdrikin şagirdi deyə bilər ki, hər şey, yəni iş zamanı görünən bütün formalar – “bu, Yaradan­dandır”⁸.

Eyni zamanda cahil kahin “koen”, hərçənd o Yaradan­a xidmət edir və Tövratda və işdə böyükdür, lakin əgər hələ Yaradanın ağzından öyrənməyə layiq olmamışdırsa, hələ Müdrikin şagirdi adlanmır. Buna görə də bu hal belə adlanır ki, ona heç nə ilə kömək etmək olmaz ki, həqiqi kamilliyə çata bilsin, çünki o yalnız adi insanların biliyinə malikdir. Tövratın biliyi isə yalnız Yaradanın ağzından öyrənənə aiddir, çünki yalnız Müdrikin şagirdi həqiqəti bilir  ki, bütün səbəbləri quran Yaradan­dır.

Və buradan müdriklərimizin sözünü anlayacağıq: “Ravvin Şimon ben Manasiya Tövratda olan bütün «et» önlüklərini izah edirdi”⁹ . “Et” isə “daxil etmək” deməkdir. Yəni o, Tövratı və ehkamları hər gün əvvəlkindən daha çox artırırdı. “Və o, «‘et’ Yaradan­ın, Sənin Rəbbindən qorx»¹¹ ayəsinə çatdıqda, dayandı”¹² – yəni o, artıq artıra bilmədi, elə bir nöqtəyə çatdı ki, əlavə edə bilmirdi, hətta əksinə də ola bilərdi.

Və Raşi izah edir: “ben Manasiya” – yəni təcrübəlini “menuse” başa düşən “evin” deməkdir, bu isə qaçmaq və döyüş meydanından geri çəkilmək deməkdir. Həmçinin “ben ha-Amsoni”¹⁰ – yəni o, həqiqəti “emet” başa düşdü “evin” və bu həqiqətin hansı formaya malik olduğunu anladı. Və onda o, öz mövqeyində dayanır və irəli gedə bilmir. “Ta ki, Ravvin Akiva gəldi və izah etdi: «et» o deməkdir ki – Müdrikin şagirdlərini (yəni müdrikləri) də daxil etmək”¹². Yəni yuxarıda deyildiyi kimi, müdriklərə tutunmaq vasitəsilə müəyyən dayaq əldə etmək olar.

Yəni yalnız müdrik ona kömək edə bilər, başqa heç kim yox. Hətta o Tövratda böyük olsaydı belə, əgər Yaradanın ağzından öyrənməyə layiq olmamışdırsa,yenə də “cahil” adlanardı. Buna görə də insan müdrikin qarşısında təvazökar olmalıdır və müdrikin ona yüklədiyini heç bir mübahisə etmədən, “biliyin fövqündə” xüsusiyyətində qəbul etməlidir.

“Ölçüsü yerdən uzundur”¹³. Yəni Tövrat yerdən kənarda başlayır. Yəni o, yerdən böyükdür. Və qayda budur ki, heç nə ortadan başlanmır. Buna görə də əgər o başlamaq istəyirsə, başlanğıc yerdən kənardadır, yəni yerin olanın fövqündədir. (Və bunun mənası budur ki, “cahil¹⁴ Baş Kahin” – yəni onun işi gadlutda olsa belə, əgər o hələ Tövratın nuruna layiq olmamışdırsa, o hələ də yerdə qalmış sayılır).

“Lişma”ya çatmaq üçün uzun müddət “lo lişma”da öyrənmək lazımdır. Yəni o, “lo lişma”da səy göstərib zəhmət çəkdikdə, onda həqiqəti görə bilər – ki, hələ də “lişma”ya layiq olmamışdır. Eyni zamanda, əgər əvvəlcə o, böyük qüvvələr sərf edərək səy göstərməzsə, həqiqəti görmək imkanı olmaz.

Və bir dəfə [Baal Sulam] dedi ki, insan Tövratı “lişma”-da çox öyrənməlidir ki, layiq olub həqiqəti görsün – ki, o, “lo lişma”da işləyir. Və “lişma” işi mükafat və cəza xüsusiyyəti adlanır ki, bu da Malxut xüsusiyyətidir. “Lo lişma”da isə Tövrat Zeir Anpin xüsusiyyəti adlanır ki, bu da fərdi İdarədir.

Buna görə də İsrail padşahlarına, hansılar ki hamısı fərdi İdarəyə layiq olmuşdular, artıq edəcək bir şey qalmamışdı, çünki əlavə edəcəkləri heç nə yox idi. Buna görə də müdriklərimiz dedilər: “İsrail padşahı hökm etmir və ona hökm etmirlər”¹⁵. Buna görə də onların gələcək aləmdə payı yoxdur, çünki onlar heç nə etmirlər, çünki görürlər ki, hər şeyi Yaradan edir.

Və bu, “İzevel, Axavın arvadı”¹⁶ adlanır. Və [müdriklər] izah etdilər ki, onun arvadı soruşurdu: “Haradadır zibil ‘i-zevel’?”, “dünyada harada zibil var?” sözlərindən – çünki o görürdü ki, O, bütövlükdə xeyirdir. “Ax-av” – yəni o, səmavi Ataya -‘av’, qardaş- ‘ax’ idi. Lakin Davudun evindən olan padşahlar başqa cürdür, onları mühakimə edirlər, çünki Davudun evindən olan padşahların Yaradanı və Onun Şxinasını birləşdirmək gücü var idi, halbuki bunlar bir-birinə zidd olan iki şeydir, çünki fərdi İdarə mükafat və cəza xüsusiyyətinə ziddir.

Və bu, böyük salehlərin gücüdür ki, Yaradanın və Şxinanın xüsusiyyətini, yəni fərdi İdarəni mükafat və cəza ilə birləşdirə bilirlər. Və məhz onların hər ikisindən arzu olunan mütləq kamillik çıxır.