<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 143. «Yalnız» – İsrail üçün xeyirdir

143. «Yalnız» – İsrail üçün xeyirdir


(Atamdan və müəllimimdən eşidilmişdir)

«“Yalnız”(ax) – İsrail üçün xeyirdir, Yaradan – qəlbi pak olanlar üçündür»(1). Məlumdur ki, yalnız “ax” və təkcə “raq” sözləri azaldandırlar(2). Yəni Tövratda hər hansı bir yerdə “ax” və “raq” yazıldığı zaman, bu deməli, azaltmaq üçündür.

Buna görə də, işə münasibətdə insan nə zaman özünü azaldır və alçaldır anlayışını izah etmək lazımdır. Alçaldılma haqqında yalnız o zaman danışmaq olar ki, insan təkəbbürdə olmaq istəyir, yəni o, gadlutda olmaq istəyir. Yəni o, hər bir şeyi başa düşmək istəyir, yəni onun ruhu hər bir məsələdə görmə və eşitmə halında olmağa can atır, lakin buna baxmayaraq, o, özünü alçaldır və gözləri bağlı şəkildə getməyə razı olur, Tövratı və ehkamları ən sadə şəkildə yerinə yetirir – bu, “İsrail üçün xeyirdir”. Çünki “İsra-el” sözü “li roş” – “mənə baş” hərflərindən ibarətdir.

Yəni baxmayaraq ki, o, “yalnız” – “ax” vəziyyətindədir o, yenə də inanır ki, onda müqəddəsliyin başı var. Yəni o, azalma və alçaqlıq vəziyyətindədir. Və o, “yalnız” (vəziyyəti) haqqında deyir ki, bu, mütləq xeyirlidir. O zaman onun daxilində bu anlayış yerinə yetir: “Yaradan qəlbi pak olanlar üçündür”. Bu nə deməkdir? O, “qəlbi pak” vəziyyətinə layiq görülüb, bu isə o deməkdir: “Daş qəlbi bədəninizdən çıxaracağam və sizə cismi qəlb verəcəyəm”. “Cismi”(3) isə Vakın moxini deməkdir, levuş moxini adlanır və Alidən gəlir. Halbuki Qar-ın moxini aşağıdan gəlməlidir, yəni aşağıdakıların aydınlaşdırmaları vasitəsilə.

Bəs VAK de-moxin və QAR de-moxin nədir – bu, izah tələb edir. Çünki hər bir pillədə VAK və QAR-ın çoxlu xüsusiyyətləri vardır. Ola bilsin ki, burada bir neçə yerdə yazıldığı kimi nəzərdə tutulur ki, katnut, yəni aşağıda olanın Galgalta Eynaym-ı, MAN şəklində yuxarı qalxır və bunu MAN qaldıran kli vasitəsilə edir, hansı ki, bu, yuxarının AХAP-ı adlanır. Bu halda deməli olur ki, Ali aşağıda olanı ucaldır.

 

Sonra isə, QAR-ını nurlarını və AХAP-ını kelimlərini almaq üçün aşağıda olan özü qalxmalıdır.