<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 154.Dünyada boş məkan ola bilməz

154.Dünyada boş məkan ola bilməz

(18 yanvar 1948-ci il¹də, Təl-Əvivdə eşidilmişdir)

Dünyada boş məkan ola bilməz. Və insanda əsas olan şey istəkdir, bu isə yaradılışın əsasıdır və bununla insanın böyüklüyü və ya kiçikliyi ölçülür. Buna görə də onda mütləq hansısa istək olmalıdır – ya ruhaniyyətə, ya da maddiyyətə doğru. Bu istəklərdən məhrum olan isə ölü sayılır, çünki bütün yaradılış yalnız istəkdən ibarətdir və bu “yoxdan var” sayılır. Və ona bu maddə, yəni yaradılışın bütün maddəsi çatışmadığına görə, təbii olaraq aydın olur ki, o, ruh düşüklüyi (və ya eniş) sayılır və mövcud ola bilməz.

İnsan, onda istəklərin olması üçün çalışmalıdır, çünki yaradılışın bütün maddəsi bundan ibarətdir. Lakin istəkləri ayırd etmək lazımdır, çünki təbiət belə qurulub ki, hər bir canlı ona zərər verən şeyi hiss edir. Eyni şəkildə biz də istəklərimizin hansı bir şeyə yönəlmiş olduğuna diqqət yetirməliyik.