145.“Müdrikliyi məhz müdriklərə verir” nə deməkdir
(11 fevral 1943-cü ildə(1) eşidilmişdir)
“Müdrikliyi müdriklərə verir”. Və [Baal Sulam] soruşdu: məgər “Müdrikliyi axmaqlara verir” demək lazım deyildimi?
Və o dedi: məlumdur ki, “ruhaniyyətdə məcburiyyət yoxdur”, və hər kəsə onun istəyinə görə verilir. Bunun səbəbi ondadır ki, ruhaniyyət həyat və həzz mənbəyidir, və xoş olan bir şey barəsində məcburiyyətdən necə danışmaq olar? Buna görə də əgər biz görürüksə ki, biz Tövrat və ehkamlarla məcburiyyətlə məşğul oluruq, yəni bədənimizi, o, razı olmadığına görə dəf etməli oluruq, çünki o, bu işdə zövq hiss etmir, – bunun səbəbi, şübhəsiz, ondadır ki, o, onların daxilində olan rruhaniyyəti hiss etmir. Yuxarıda deyildiyi kimi, ruhaniyyət həyat və həzz mənbəyidir. Zoar kitabında deyildiyi kimi: “Harada zəhmət varsa, orada Sitra Axra mövcud olur”.
Və bu səbəbdən müdrikliyi yalnız müdriklərə vermək olar. Çünki axmaqların müdrikliyə ehtiyacı yoxdur. Və müdrikliyi yalnız müdriklərə onların təbiətinə görə vermək olar. Yəni kim müdrikdirsə, müdrikliyi sevir. Və onun bütün istəyi bundadır! Və “Heç nə bu istəyə qarşı dura bilməz” qaydasına görə, o, müdrikliyə çatmaq üçün bütün səylərini göstərir. Buna görə də, nəhayət, o, müdrikliyə layiq görüləcək. Buna görə də müdrikliyi sevən insanı, son halına görə, artıq “müdrik” adlandırmaq olar.
Eyni zamanda, axmaq haqqında deyilib: “Axmaq müdrikliyi sevmir”4. Buradan belə nəticəyə gəlirik ki, “Müdriklərə müdriklik verir” ayəsi bizə izah edir ki, müdrikliyi sevən insan, hələ müdrikliyə çatmamış olsa da və buna çox səy göstərmiş olsa da, bundan təsirlənməyəcək. O, öz işini davam etdirəcək və şübhəsiz ki, müdrikliyə çatacaq, çünki o, müdrikliyi sevir. Buna görə deyirlər: “Bu yolla get və sən, şübhəsiz, uğur qazanacaqsan”.
Lakin anlamaq lazımdır ki, insan nə edə bilər? Axı təbiət etibarilə “insan vəhşi eşşək kimi doğulur”5, bəs o, müdrikliyə can atmaq istəyini haradan götürəcək?
Buna görə bizə məsləhət verilib ki, “Onun sözünü yerinə yetirənlər”6 xüsusiyyətində işləyək, [belə ki, sonra] “Onun sözünün səsini eşidək”5. Bu o deməkdir ki, insan çatmaq istədiyi şeyə nail olmaq üçün həmin məqsədə aparan əməlləri yerinə yetirməlidir.
Buna görə burada, onda müdrikliyə qarşı istək olmadıqda, belə çıxır ki, ona çatışmayan şey məhz müdrikliyə olan istəkdir. Buna görə o, səy göstərməyə və müdrikliyə istəyə çatmaq üçün əməllər etməyə başlamalıdır. Çünki ona çatışmayan yalnız budur.
Və qayda belədir ki, insan Tövratda və işdə, hətta buna qarşı onda istək olmasa belə, səy göstərməlidir. Və bu əsl “səy” adlanır. Yəni o, istəmədiyi şeyi edir. Və bu, müdriklərimizin dediyi kimidir: “Gücün və imkanın çatan hər şeyi et”7.
Və bu bilik sayəsində onda müdrikliyə qarşı istək və meyl xüsusiyyəti formalaşdırır. Və onda bu anlayış yerinə yetir: “Müdriklərə müdriklik verir”2. Və o zaman o, “Onun sözünün səsini eşitmək”5 vəziyyətinə layiq olur. Yəni əvvəllər yalnız icra halında olan, yəni istəksiz edilən əməl – artıq buna qarşı istək qazanır.
Buna görə də, əgər biz kimin müdrikliyi sevdiyini bilmək istəyiriksə, hələ müdrikliyi sevənlər sırasına layiq olmasaq da, müdrikliyi [dərk etmək] üçün səy göstərənə baxmalıyıq. Və bunun səbəbi, yuxarıda deyildiyi kimi, ondan ibarətdir ki, məhz səylər vasitəsilə o, müdrikliyi sevənlər sırasına layiq olacaq.
Və sonra, yəni onda müdrikliyə qarşı istək yarandıqda, o, müdrikliyə layiq olacaq. Əslində belə çıxır ki, müdrikliyə qarşı istək kli-dir, müdriklik isə Nurdur. Və bu da “ruhanidə məcburiyyət yoxdur” adlanır.
Müdriklik nuru “xoxma” həyat nuru deməkdir. Çünki müdriklik bizim tərəfimizdən şüur daxilində bilik kateqoriyası kimi deyil, həyatın öz kateqoriyası kimi başa düşülür, yəni həyatın həqiqi mahiyyəti kimi – o dərəcədə ki, onsuz insan ölü hesab olunur. (Buna görə də demək olar ki, müdriklik “xoxma” - dır və bu səbəbdən “xaya” – canlı adlanır.)