<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 42. Elul abreviaturasının: «Mən Öz Sevgilimə, Sevgilim isə mənə» ifadəsi əməldə nəyə işarə edir

42. Elul abreviaturasının: «Mən Öz Sevgilimə, Sevgilim isə mənə» ifadəsi əməldə nəyə işarə edir

Eşidildi: 28 avqust 1942-ci il.1

Bunu anlamaq üçün, bir neçə şeyi də daha anlamaq lazımdır:

1.Malxutlar, xatırlamalar və şofarlar barədə. Və müdriklərimizin sözlərinin mənası nədir: «Öz istəyini Onun istəyinin qarşısında ləğv et ki, O da Öz istəyini sənin istəyinin qarşısında ləğv etsin»?

2.Müdriklərin dediyi: «Günahkarlar dərhal ölümə, salehlər isə dərhal həyata yazılır».

3.Yazıldığı kimi: «Gerşonun oğulları: Livni və Şimi»4.

4.Zoar kitabında deyildiyi: «Yud – içində ‘lavnunit’ ağlığı olmayan qara nöqtədir»5.

5.Belə deyildiyi kimi: «Yuxarının Malxutu aşağıdakı Keter olur».

6.Sevincin işə şahidlik etməsi nə deməkdir: görəsən o, kamillikdədir, ya yox?

Və bütün bu anlayışlar Elul ayı boyu hazırlıq zamanı yer tutur.

Yuxarıda deyilənlərin hamısını anlamaq üçün gərək bilinsin ki, yaradılışın məqsədi nədən ibarətdir: müdriklərin dediyi kimi, O, Öz məxluqlarını həzzləndirmək istəyindən irəli gəlir. «Utanc çörəyi» halı olmasın deyə isə ixtisar baş verdi. İxtisarın nəticəsi olaraq ekran (masax) yaranır ki, onun köməyi ilə alıcı kelim verici kelimə çevrilir. Və nə vaxt ki, kelimi vermək naminə olacaq şəkildə hazırladıq, dərhal Onun məxluqları üçün gizlədilmiş və saxlanılmış nurunu alırıq. Yəni yaradılışın planında – «Öz məxluqlarını həzzləndirmək»də – olan xeyir və həzzi alırıq.

Bura qədərdən «Öz istəyini Onun istəyinin qarşısında ləğv et»2 sözlərini izah etmək olar. Yəni səndə olan almaq arzusunu – Yaradanın istəyi olan vermək istəyinin qarşısında – ləğv etmək lazımdır. Başqa sözlə, insan özünü sevməni Yaradanı sevmənin qarşısında ləğv etməlidir; bu da onun özünü Yaradan qarşısında ləğv etməsi adlanır və «birləşmə siması» adlanır. Bundan sonra Yaradan artıq sənin almaq arzuna nur sala bilər, çünki o, artıq «vermək naminə almaq» simasındə islah olunub.

Və buna görə deyilib: «O da Öz istəyini sənin istəyinin qarşısında ləğv etsin»2. Yaradanın «Öz istəyini ləğv etməsi» nə deməkdir? – bu, forma fərqindən doğmuş ixtisara aiddir. Deməli, indi nur, «vermək naminə» islah almış aşağıdakının istəyinə yayılır; çünki yaradılışın məqsədi – Öz məxluqlarını həzzləndirməkdir. Və indi bu, təcrübədə həyata keçə bilər.

Buradan «Mən Öz Sevgilimə»6 sözlərini də izah etmək lazımdır: yəni «mən» öz almaq istəyimi Yaradan qarşısında tam «vermək naminə» simasında ləğv etdiyim üçün «Sevgilim – mənə»6 halına layiq olur – yəni «Sevgilim», yəni Yaradan – «mənə», yaradılışın planında olan xeyir və həzzi verir. Başqa sözlə, bundan əvvəl «gizlənmə və ixtisar» simasındə olan şey indi «üzün aşkarı» simasınə çevrilir, yəni yaradılışın məqsədi – Öz məxluqlarını həzzləndirmək – indi aşkar olur.

Və bilmək lazımdır ki, verən kelim HaVaYaH adının «yud–hey»i adı ilə adlandırılır və təmiz kelimdir. Burada «Hər qəbul edən ən təmiz klidə qəbul edir»7 sözlərinin mənası budur. Və o zaman insan «Sevgilim – mənə» halına layiq olur. O, ona bütün xeyri verir – yəni o, «üzün aşkarı»na layiq olur.

Lakin bunun üçün bir şərt var: insan «üzün aşkarı» halına çatmazdan əvvəl «axoraim» halını – yəni üzün gizlənməsi halını – almalı və bunun onun üçün «üzün aşkarı» kimi eyni dərəcədə vacib olduğunu deməlidir; yəni sanki o, artıq «üzün aşkarı»na layiq olmuş kimi sevinc halında olmalıdır.

Ancaq «gizlənmə» onun üçün «açılma» kimi olsun deyə bunu yalnız insan «vermək» simasında işlədikdə saxlamaq mümkündür. O zaman insan deyə bilər: «İş zamanı mənim nə hiss etdiyim nə fərqi var ki? Əsas odur ki, mən Yaradanı məmnun etmək istəyirəm. Əgər Yaradan üçün daha çox həzz olacaqsa ki, mən “axoraim” simasında işləyim – razıyam».

Halbuki əgər onda hələ də almaq qığılcımları varsa, o, şübhəyə düşür; o zaman «Yaradan aləmi “xeyirxah və xeyir edən” siması ilə idarə edir»ə inanmaq ona ağır gəlir. Burada HaVaYaH adının ilk hərfi olan «yud»un mənası budur: «içində ağlıq – “lavnunit” – olmayan qara nöqtə»5. Yəni o, tamamilə qaranlıq və üzün gizlənməsidir.

Başqa sözlə, insan elə bir hala gələndə ki, onda heç bir dayaq yoxdur, o zaman onun halı qara olur; bu, yuxarı aləmin ən aşağı simasıdır və buradan aşağıdakı Keter yaranır; Keterin klisi isə verən klidir.

Çünki yuxarının ən aşağı siması– «özündən heç nəyi olmayan» Malxutdur; yəni onda heç nə yoxdur. Yalnız bu halda o, «Malxut» adlanır. Yəni əgər o, yuxarı Malxutu – «onda heç nə yoxdur» simasında– sevinc içində qəbul edərsə, bundan sonra Keter siması törəyir ki, bu da verən kli və ən təmiz klidir. Başqa sözlə, o, Malxut simasını «şaxarit» – sübhəqədər qaranlıq – halında alanın bu halı sonradan Keter klisinin – yəni vermək klisinin – simasına çevrilir.

Bu, «Çünki Yaradanın yolları düz yollar-dır; salehlər onlarla gedər, günahkarlar isə büdrəyər»8 sözləri kimidir. Yəni günahkarlar – alıcı kelim hakimiyyətində olanlar – bu hala gələndə yıxılmağa və «öz yükünün altında əzilməyə»9 məcburdurlar. Salehlər isə – yəni verən simasındə olanlar – bununla yüksəlirlər; yəni bunun sayəsində verən kelimə layiq olurlar (və başa düşmək lazımdır ki, «günahkarlar» – hələ qəlblərində verən kelimə layiq olmağa işləmək labüdlüyü hiss etməyən adamlardır. «Salehlər» – qəlblərində verən kelimə layiq olmağın labüdlüyünü artıq hiss etmiş adamlardır, amma buna gücləri çatmır).

Zoar kitabında deyildiyi kimidir: müqəddəs Şxina r. Şimon bar Yoxaya dedi: «Səndən gizlənəcəyim bir yer yoxdur». Buna görə də o, ona aşkar olur. Və buna görə r. Şimon bar Yoxay dedi: «Və buna görə – Mənə Onun istəyidir»10. Deməli: «Mən Öz Sevgilimə, Sevgilim isə – mənə»11. Və bundan sonra o, «vav–hey» simasına verir; bu isə  hey və vav birləşməyənə qədər «ad kamil deyil və taxt da kamil deyil.» deməkdir. Burada «hey» – ən axırıncı kli olan almaq istəyi adlanır; «vav» isə «hey»ə ötürəcək və o zaman İslahın Sonu gələcək.

Burada «Salehlər dərhal həyata yazılır»13 sözlərinin mənası budur.

Başqa sözlə, insan özü deməlidir ki, onun adını hansı kitaba yazsınlar – salehlər kitabınamı, yəni ona vermək istəyi verilsin, ya yox. Axı insanda «vermək istəyi» ilə bağlı bir çox hisslər var. Başqa sözlə, bəzən insan deyir: «Doğrudur, mənə vermək istəyi verilməsini istəyirəm, amma almaq istəyini tam ləğv etmədən». O, özü üçün iki aləm istəyir; yəni «vermək istəyini» də öz ləzzəti üçün istəyir.

Halbuki salehlər kitabına yalnız o kəslər yazılır ki, onların istəyi – bütün alıcı kelimlərini yalnız «vermək» simasınə çevirməkdir; özləri üçün heç nə almamaqdır. Və bu – sonradan: «Əgər bilsəydim ki, almaq istəyi ləğv olunmalıdır, mən bunun üçün dua etməzdim» deməməsi üçündür.(sonra «Bunu bilsəydim, and içməzdim»14 deməsin deyə). Buna görə o, aydın şəkildə deməlidir ki, onun salehlər kitabına yazılmasında niyyəti nədir ki  sonra iddia etməsin.

Və bilmək lazımdır ki, [ruhani] iş yolunda «salehlər kitabı» və «günahkarlar kitabı» bir insandadır. Başqa sözlə, insan özü seçim etməli və tam aydınlıqla bilməlidir ki, nə istəyir. Çünki «günahkar» və «saleh» anlayışları bir bədəndə nəzərdə tutulur.

Beləliklə, insan deməlidir: o, istəyirmi ki, onu salehlər kitabına yazsınlar ki, «dərhal həyata yazılsın», yəni «Həyatın Mənbəyi» ilə birləşsin, çünki o, hər şeyi Yaradan naminə etmək istəyir.

Eynilə, günahkarlar kitabına yazılmağa gəldikdə – ora da öz şəxsi mənfəəti naminə almaq istəyənlərin hamısı yazılır – o deyir ki, onu «dərhal ölümə» yazsınlar; yəni «özün üçün almaq istəyi» onda ləğv olunsun və onda ölü kimi olsun.

Lakin bəzən insan şübhəyə düşür; başqa sözlə, insan istəmir ki, onun almaq istəyi bir dəfəyə dərhal ləğv olunsun. Yəni onun üçün çətindir bir dəfəyə qərar versin ki, onun almaq istəklərinin bütün qığılcımları «dərhal ölümə» yazılsın. Yəni o, razı deyil ki, almaq istəklərinin hamısı birdəfəlik ləğv olunsun. O, istəyir ki, almaq qığılcımları tədricən yox olsun, birdən yox; yəni qismən alıcı kelim, qismən verici kelim işləsin.

Deməli, bu insanda möhkəm və aydın fikir yoxdur. Möhkəm fikir isə odur ki, o, bir tərəfdən deyir: «Hər şey mənim üçündür», yəni hər şey almaq istəyi üçündür; digər tərəfdən isə iddia edir: «Hər şey Yaradan üçündür». Bu, möhkəm fikir adlanır.

Bəs insan nə edə bilər, əgər bədən onun fikri ilə – hər şeyin Yaradan üçün olması istəyi ilə – razılaşmırsa? – Onda demək olar ki, insan mümkün olan hər şeyi edir ki, hər şey Yaradan üçün olsun. Yəni o, Yaradan üçün dua edir ki, Yaradan ona kömək etsin və o, təcrübədə elə edə bilsin ki, bütün istəkləri tam şəkildə, Yaradan istiqamətinə yönəlsin. Və bunun üçün biz dua edirik: «Bizi həyat üçün yada sal… və bizi Həyat kitabına yaz»15.

Və buna  «Malxut» deyilir. Yəni o, «içində heç bir ağlığı olmayan qara nöqtəni» – qəbul etmişdir; bunun mənası: «Öz istəyini ləğv et ki, sizin yaddaşlarınız Mənim qarşımda yüksəlsin, və o zaman Onun istəyi sənin istəyinin qarşısında ləğv olunacaq. Necə? Şofar vasitəsilə – yəni ananın ‘şufra’sının (gözəlliyinin) vasitəsilə – yəni bu, qaydışdan asılıdır». Başqa sözlə, o, «şaxarit» – sübhəqədər qaranlığı – qəbul edəndə, bunu təhqir yox, ehtiramla etməyə çalışmalıdır; buna «ananın gözəlliyi» deyilir. Yəni bu, onun üçün gözəllik və ehtiram şəklində olsun.

Və deyilənlərdən «Gerşonun oğulları: Livni və Şimi»16 sözlərini izah etmək olar. Yəni insan görürsə ki, onu işdən «qovublar» – ‘girşu’ – bu adam bilməlidir ki, bu, «Livni» ucbatındandır; başqa sözlə, əgər ona «ağlıq – lavnunit» veriləcəksə – yəni onun gördüyü hər şey ona nur saçacaq, Tövratda və duada yaxşı dad hiss edəcək – o zaman insan Tövrat və ehkamlarla məşğul olmağa, eşitməyi qəbul etməyə hazırdır.

Və buna görə «Şimi» deyilib. Yəni o, yalnız «lavnunit – ağlıq» şəklində olanda «eşitməyə – lişmoa» qadirdir. Halbuki iş zamanı o, «qaralıq» şəklini görür və bu işi öz üzərinə götürüb itaət etməyə razı ola bilmir.

Buna görə o, saraydan qovulmağa məhkumdur, çünki Ali Malxutu qəbul etmək – şərtsiz təvazökarlıqla olmalıdır. Eyni zamanda əgər insan deyirsə ki, o, bu işi yalnız o şərtlə qəbul edər ki, «ağlıq» şəklində olsun – yəni gün ona nur saçsın – halbuki iş ona «qara» halda açılarsa, bununla razı deyil – belə adama padşahın sarayında yer yoxdur.

Axı padşahın sarayına «vermək naminə» işləmək istəyənlər buraxılır. «Vermək naminə» işləyəndə isə o, iş zamanı öz halını necə hiss etməsinə əhəmiyyət vermir. Hətta «qaralıq» halını gördüyü halda belə, o, bundan təsirlənmir; çünki o, yalnız Yaradanın ona bütün gizlənmələri dəf etməyə imkan verən gücü verməsini istəyir. Başqa sözlə, o, Yaradanın ona «ağlıq» verməsini istəmir; qoy O, ona bütün gizlənmələri dəf etmək gücü versin.

Buna görə «vermək naminə» işləmək istəyənlər üçün – əgər o, daim «lavnunit – ağlıq» halında olarsa – bu «ağlıq» insana işi davam etdirməyə [imkan] vermir. Çünki ona nur saçanda insan hətta «özü üçün almaq» simasındə də işləyə bilir. Buna görə insanda heç vaxt bilmək imkanı olmayacaq ki, o, təmizlikdə işləyir, ya yox. Bu isə o yerə gətirir ki, o, heç vaxt Yaradanla birləşməyə layiq ola bilmir.

Buna görə ona yuxarıdan «qaralıq – şaxarit» formaları verirlər. O zaman  o, təmizlikdə işləyib işləmədiyini görür. Başqa sözlə, əgər o, «qaralıq» halında olsa belə, «sevincdə» ola bilirsə, bu, onun «təmizlikdə» işlədiyinə əlamətdir. Axı insan sevinməli və inanmalıdır ki, yuxarıdan ona «vermək naminə» işləməyə qadir olma imkanı verilib.

Axı müdriklərimizin dediyi kimi: «Doymazlıq qəzəbə gətirər». Yəni «özün üçün almaqda» batan kəs qəzəbə gəlir, çünki o, həmişə «çatışmazlıq»dadır: alıcı keliminin dolumu ona çatmır. Halbuki «vermək» simasında irəliləmək istəyən kəs həmişə «sevinc»də olmalıdır – ona gələn bütün formaların hamısında o, sevinməlidir, çünki onda «özün üçün almaq» niyyəti yoxdur.

Beləliklə, o deyir ki, necə olursa-olsun, əgər o, həqiqətən «vermək naminə» işləyirsə, Onu məmnun etməyə layiq olduğuna görə mütləq sevincdə olmalıdır. Və əgər o, öz işinin hələ «vermək» üzərində olmadığını hiss edirsə, yenə də sevincdə olmalıdır. Axı o, öz tərəfindən deyir ki, o, özü üçün heç nə istəmir və «almaq istəyi»nin bu işdən həzz ala bilməməsinə görə sevinir. O, bundan sevinc almalıdır.

Halbuki o, düşünərsə ki, bu işdən onun öz şəxsi mənfəəti üçün nəsə hasil olacaq, artıq o, Sitra Axraya öz işindən yapışmaq üçün icazə verir. Bu isə onda qəm və qəzəb və s. törədir.