<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 240.Sənin Simanı axtardıqları zaman, Səni axtaranlara üz tut.

240.Sənin simanı axtardıqları zaman,
Səni axtaranlara üz tut.

Sliхotun 1-ci günü, atam və müəllimimdən

«Sənin simanı axtardıqları zaman, Səni axtaranlara üz tut, onlara Sənin məskəninin göylərindən cavab ver, və yalvarışlarının fəryadı üçün qulağını bağlama»1. [Məlumdur ki,] dünyanın yaradılışının məqsədi Onun yaratdıqlarını həzzləndirmək idi. Lakin islah hər cəhətdən öz kamilliyində tam olsun deyə, hökm ölçüsünün mərhəmətlə şirinləşdirilməsi xassəsi olmalıdır. Axı hökm gadlut deməkdir, lakin buna görə formaca fərqə gəlməməsi üçün elə bir xassə olmalıdır ki, sanki güzəştli olsun: hökmə görə daha çox qəbul edərdi, lakin hələ formaca fərqə gəlmək təhlükəsi mövcuddur – ancaq mərhəmət ölçüsü ilə qarışanda, o, nurun gadlutunu qəbul etmir və onda formaca oxşarlığa gələ bilər. Və islah elə bununla olur ki, alan kelim-dən vermək naminə alma xüsusiyyəti yaranır.

Buna görə, insan Yaradanı axtarmağa gələndə, o, hələ də alma xassəsi ilə bağlıdır, və alma xassəsinə malik olan kəs məhrum adlanır və lənətli adlanır, və lənətli Mübarək Olana yapışmır. Lakin vermək naminə alan kəs mübarək adlanır, yəni o, özü üçün almağa məcbur olmayınca, heç bir şeydə çatışmazlıq duymayacaq. Belə çıxır ki, bütün problemlər yalnız insanın mübarək xassəsində olması üçündür, axı yalnız Tövrat və ehkamlar vasitəsilə alan kelim-i verənə çevirtmək mümkündür. Və buna görə biz dua edirik: «Səni axtaranlara üz tut».

Çünki iki cür axtaran var: yalnız «Sənin Siman» naminə axtaranlar var – onların axtardıqları yalnız verməkdir. Buna görə onların hansısa nicatları almağı axtarmaları – yalnız Sənin Siman naminədir. Və bu barəsində deyilmişdir: «onlar Sənin Simanı axtardıqları zaman» – bunlar Sənin Siman naminə axtaranlardır, «onlara Sənin məskəninin göylərindən cavab ver» – yəni qoy məskəninin göyləri açılsın, yəni artıq yuxarıya zərər vurmayacaqlar, çünki onlar artıq alma xassəsindən təmizləniblər. «Və “yalvarışlarının” fəryadı üçün» – yəni bütün dualar və istəklər hələ ki, özləri üçündür, çünki onlar Yaradan-a yaxın olmaq istəyirlər, yəni hələ alma xassəsindən təmizlənməyiblər.

Başqa sözlə, Yaradan-a xidmətdə iki xassə var: elələri var ki, ilahiliyin dünyada aşkar  olmasını istəyirlər – hamı bilsin ki, dünyada ilahilik var. Və onda bu, ortada deyil, və o, sadəcə istər, və onda demək olmaz ki, onda alma xassəsi var, – yəni o, Yaradan-a yaxınlıq olsun deyə dua etmir, yalnız göylərin şöhrətinin dünyada aşkar  olmasını [istəyir]. Və elələri də var ki, Yaradan-a yaxınlaşması üçün dua edir, və o zaman o, artıq ortadadır və özünə alma xassəsi haqqında demək olar, yəni o, Yaradan-a yaxınlaşmaq üçün ali xeyri almaq istəyir. Və bu, «onların mönacatları» adlanır, həmçinin «fəryad» adlanır. Və o kəs ki, hələ «onların duaları» xassəsindədir, yəni onların yaxınlaşması üçün, – onlar «fəryad» edə bilərlər, və onlar barəsində [deyilib] – «qulağını bağlama».

Axı yalnız xisaronu olan kəs fəryad edər. Lakin başqası naminə fəryad haqqında deyil, yalnız «drişa» – xahiş haqqında [demək olar], necə ki, «sağlıq haqqında xəbər almaq» ifadəsində ‘drişat şalom’-da olduğu kimi. Buna görə, Sima xassəsinə yalnız xahiş xassəsi aiddir.

«Sənin məskəninin göylərindən» – yəni «eynaim» xassəsi, xoxma nuru, qoy onlar ali xeyrin mahiyyətini alsınlar, yəni onların kelim-i artıq vermək naminə alma xassəsindədir. Lakin «onların duaları» xüsusiyyətində olanlar üçün, «Sənin ‘ozen’ — qulaq xüsusiyyətini bağlama», «ozen» — ‘qulaq’, Bina, – onlar elə bir qüvvəni cəlb etməlidirlər ki, bu, onlar üçün xasadim nuruna vermə xüsusiyyəti olsun.