<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 88.Bütün iş – yalnız iki yolun olduğu yerdədir – 1

88.Bütün iş – yalnız iki yolun olduğu yerdədir – 1


Eşidilmişdir 24 yanvar 1948-ci il¹

Bütün iş – yalnız iki yolun olduğu yerdədir, necə ki, deyilib: «“Onlarla yaşayacaq”2 – və onların üzündən ölməyəcək»3. Və «Öl, lakin pozma» hökmü yalnız üç ehkama aiddir, yəni: bütpərəstliyə, qan tökməyə və qohumluq qadağasına4. Lakin bununla yanaşı görürük ki, əvvəlki salehlər 'xasidim' icraedici [ehkamlar] uğrunda canlarını fəda edirdilər.

Və bilmək lazımdır ki, bütün iş və zəhmət yalnız o zaman tələb olunur ki, insan Tövrata riayət etməlidir. O zaman insan ağır yük hiss edir, çünki bədən Tövratın şərtləri ilə razılaşmır. Lakin insan Tövratın onu qorumasına layiq olduqda, Yaradanın işində heç bir ağırlıq hiss etmir, çünki Tövrat insanı yolda qoruyur, necə ki, deyilib: «İnsanın nəfsi onu öyrədəcək»5.