<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 102.Və özünüz üçün möhtəşəm ağacın bəhrəsini götürün

102.Və özünüz üçün möhtəşəm ağacın bəhrəsini götürün

 

Yusifin uşpizinində eşidilmişdir

Ayədə deyilir: “Və özünüz üçün … möhtəşəm ağacın bəhrəsini götürün”, yəni “bəhrə verən ağac” adlanan saleh xüsusiyyəti. Müqəddəsliklə Sitra Axra arasındakı bütün fərq də bundadır ki, “başqa tanrı qısır qalacaq və bəhrə verməyəcək”. Halbuki saleh “möhtəşəmlik” – “a-dar” adlanır, çünki o, öz ağacında ildən-ilə “yaşayan” – “dar” bəhrə verir. Buna görə Yusif haqqında deyilir: “O, bütün yer üzünün xalqlarını dolandırırdı”, yəni onlara özündə olan bəhrələrlə ruzi verirdi. Onlarda isə bəhrə yox idi. Buna görə də hər kəs onun halını hiss edirdi – onun halı xeyir tərəfdən gəlir, yoxsa əksinə.

Bunun mənası budur: “Yusif … çörəyi uşaqların sayına görə verirdi”. “Uşaqlar” – “taf” adlanır və bu, QAR xüsusiyyətidir, necə ki deyilir: “Və onlar gözlərin arasında alın sarğısı – ‘totafot’ olacaqlar”, yəni baş tfilini. Buna görə də Yusif “qocalıq oğlu”, “müdrikin oğlu” adlanır. Və bu, “Məni həyatı dəstəkləmək (mixya) üçün göndərdi” sözlərinin mənasıdır, yəni “moax xaya”, bu da QAR xüsusiyyətidir.

Və: “Mən (Yaqub) qardaşlarından artıq olaraq sənə bir pay – ‘şxem’ verdim ki, onu mən emoriyalının əlindən qılıncımla və kamanımla aldım” (oğulları – yəni Yusifin oğulları – iki pay alsınlar deyə. “Şxem” pay deməkdir, Raşi belə izah edir)-sözlərinin mənası budur. Yəni oğulları vasitəsilə, oğullar isə bəhrələr adlanır. Və bunu o, Yusifə verdi.

Buna görə də Şaul haqqında yazılmışdır: “ Bütün xalqdan bir baş böyük idi”. Və bu sözlərin mənası budur: “Səndə bahalı geyim var, sən başçı ol”. Necə ki deyilir: “Uşaqlar nə üçün gəlirlər (oxumağa) ? Onları gətirənlərə mükafat verilsin deyə”. Və soruşulur: onlara müdriklik nə üçün lazımdır, axı “əsas olan izah deyil, əməldir”. Və cavab verilir: onları gətirənlərə mükafat verilsin deyə, çünki müdriklik əmələ gətirir.

Şaul ilə Davud arasındakı münaqişənin mənası isə bu idi ki, Şaulun heç bir nöqsanı yox idi, buna görə də o, bir il padşahlıq etdi və onun padşahlığını uzatmağa ehtiyac yox idi, çünki o, hər şeyi qısa müddətdə tamamladı. Halbuki Davud qırx il padşahlıq etməli idi. Davud, gizlilik aləmi olan Leyanın oğlu Yehuda qəbiləsindən idi. Şaul isə aşkar aləmdən olan Raxelin oğlu Binyamin qəbiləsindən idi. Buna görə də o, Davuda zidd idi. Buna görə də Davud dedi: “Mən sülhpərvərəm”, yəni mən hamı üçün dərk edirəm və hamını sevirəm, “amma mən danışan kimi onlar – müharibəyə”.

Eləcə də Avişalom Davuda zidd idi. Və bunun mənası Yerovam ben Navatın günahıdır ki, Yaradan onu paltarından tutub dedi: “Mən, sən və ben İşay (yəni Davud) Eden bağında gəzəcəyik”. O isə Ondan soruşdu: “Kim birinci gedəcək?” Yaradan ona dedi: “Ben İşay birinci olacaq”. O zaman o cavab verdi: “İstəmirəm”.

Məsələ bundadır ki, dərəcələrin nizamı belədir: əvvəl gizlilik aləmi, sonra isə aşkar aləm gəlir. Və bu, “Məndə hər şey var” və “Məndə çox şey var” sözlərinin mənasıdır. Çünki “çox” – QAR xüsusiyyətidir, “hər şey” isə VAK xüsusiyyətidir. Və bunun mənası budur: “Yaqub necə qalxa bilər, axı o kiçikdir?” Buna görə də Yaqub ondan ilk doğum haqqını aldı, çünki sonra onda “hər şey” oldu, çünki onda həmçinin QAR xüsusiyyəti də var idi. Və bu ona Yusif vasitəsilə “Və Yusif təmin edirdi” xüsusiyyətində gəldi.

Və buna görə də deyilir ki, “Leya sevilmirdi”, çünki bütün nifrət və bütün mübahisələr, müdriklər arasında olan bütün ixtilaflar ondan gəlir. Buradan Şamay ilə Hillel arasındakı mübahisə də qaynaqlanır. Lakin gələcəkdə iki düşərgə bir olacaq, yəni Yusifin düşərgəsi ilə Yehudanın düşərgəsi. Buna görə də Yehuda Yusifə dedi: “İcazə ver, ağam”, çünki o zaman Yehuda ilə Yusifin birliyi baş verdi. Lakin Yehuda başçı olmalıdır.

Və bu o deməkdir ki, böyük Ari Maşiax ben Yusif idi. Buna görə dəo, hikməti bu qədər aça bildi, çünki ona aşkar aləmdən icazə verilmişdi. Bu mübahisə isə “Və oğullar onun bətnində itələşirdilər” sözlərindən qaynaqlanır, çünki Esavın Rivkada olan qiymətli libasları var idi.