125.Şabatdan zövq alan
15 iyun 1949-cu ildə eşidilmişdir, Yerusəlim
“Şabatdan zövq alan hər kəsə sərhədsiz pay verilir, çünki deyilir: “O zaman sən Yaradanla zövq alacaqsan və Mən səni yerin yüksəkliklərinə qaldıracağam və səni Yaqubun irsi ilə bəsləyəcəyəm…” İbrahim kimi deyil, onun haqqında deyilir: “Qalx, bu torpağı uzunluğu boyunca gəz…” Və İtshaq kimi deyil, deyildiyi kimi: “Çünki bütün bu torpaqları sənə və sənin nəslinə verəcəyəm”. Amma Yaqub kimi, onun haqqında deyilir: “Və sən qərbə və şərqə, şimala və cənuba yayılacaqsan”.
Və Gmaranı sadə mənasında başa düşmək çətindir. Məgər İsraildən hər birinə bütün dünya veriləcəkmi, yəni sərhədsiz pay?
Və əvvəlcə müdriklərimizin sözünü gətirək: “Gələcəkdə Yaradan günəşi onun qutusundan — ‘nartik’indən çıxaracaq və onunla qızdıracaq. Günahkarlar onunla cəzalanacaq, salehlər isə onunla sağalacaqlar… necə ki deyilir: “Budur o gün gəlir, soba kimi yanan; bütün təkəbbürlülər və cinayət edənlərin hamısı saman kimi olacaq və o gələcək gün onları yandıracaq, — dedi Yaradan Tsvaot, — belə ki onlara nə kök, nə də budaq qalacaq”. Bu dünyada kök, gələcək dünyada isə budaq qalmayacaq. Salehlər isə onunla sağalacaqlar, necə ki deyilir: “Və Mənim adımdan qorxanlar üçün xilas günəşi doğacaq və onun qanadlarında şəfa olacaq…” Və üstəlik, onlar ondan zövq də alacaqlar”.
Və müdriklərin bu sirrini açmaq lazımdır: günəş nədir və qutu nədir? Bu ziddiyyət haradan yaranır? “Bu dünyada kök, gələcək dünyada isə budaq” nə deməkdir? Və “üstəlik, onlar ondan zövq alacaqlar” nə deməkdir? Axı demək lazım idi: “Sağalacaqlar və zövq alacaqlar”. Bəs niyə “üstəlik”, necə ki deyilir?
Bu, müdriklərin başqa bir sözündən aydın olur: “İsrail təqvimi aya görə aparır, dünya xalqları isə günəşə görə”. Yəni günəşin nuru daha aydın bilik adıdır, necə ki deyilir: “Günəş kimi aydın”. Dünya xalqları isə Tövratı və ehkamları qəbul etmədiklərinə görə — necə ki deyilir “Yaradan Tövratı bütün xalqlara və tayfalara gətirdi” — onlar Tövratın nuru ilə zövq almaq istəmədilər. Tövrat isə Ay xüsusiyyətidir, çünki o, Yaradanın nurundan, yəni Günəşin nurundan — başqa sözlə, ümumi nurdan — alır. Amma bununla belə onların içində Yaradanın adını araşdırmaq və Onu tanımaq üçün oyaniş, arzu və meyl var.
İsrail isə hesabı aya görə aparır və bu Tövrat və ehkamlardır ki, Günəşin nuru onların içində bürünür. Buna görə də Tövrat Yaradan üçün bir qutu xüsusiyyətidir. Zoar kitabında deyildiyi kimi: “Tövrat və Yaradan birdir”. Yəni Yaradanın nuru Tövrat və ehkamların içində bürünmüşdür. O və Onun qutusu birdir. Buna görə də İsrail hesabı aya görə aparır, yəni Tövrat və ehkamlarda kamilliyə çatmaq üçün. Və bununla avtomatik olaraq Yaradanın Özünə də layiq olurlar. Dünya xalqları isə Tövrat və ehkamları — yəni qutunu — yerinə yetirmədiklərinə görə onlarda hətta Günəşin nuru belə yoxdur.
Və bunun mənasıdır ki, “gələcəkdə Yaradan günəşi onun qutusundan çıxaracaq”. Müdriklər dedilər: “Şxinanın aşağıdakıların içində olması böyük zərurətdir”. Başqa sözlə, Yaradan bunu istəyir və buna böyük həvəs göstərir. Bu isə “yaradılışın altı günü” deməkdir, yəni Tövrat və ehkamlar vasitəsilə görülən iş. Çünki “Yaradan hər şeyi Özünə görə yaratdı” və hətta gündəlik işlər də Yaradanın işidir. Necə ki deyilir: “O, onu boş yerə yaratmadı, yaşayış üçün yaratdı”. Buna görə buna qutu deyilir.
Şabat isə Günəş nurunun xüsusiyyətidir, əbədi həyat üçün istirahət günüdür. Başqa sözlə, O, dünyanı iki pillədə hazırladı:
— Şxinasının Tövrat və ehkamlar vasitəsilə, yaradılışın altı günü çərçivəsində aşkar olması üçün,
— dünyada Tövrat və ehkamlar olmadan aşkar olmaq üçün.
Bu isə “öz vaxtında — be-ita ,— sürətləndirəcəyəm — axişena” deməkdir. Layiq oldularsa — sürətləndirərək, yəni Tövrat və ehkamlar yolu ilə. Layiq olmadılarsa — öz vaxtında. Çünki yaradılışın böyük əzablar içində inkişafı bəşəriyyətin sonunu və xilasını gətirir, nəhayət Yaradan Öz Şxinasını aşağıdakıların içində yerləşdirənə qədər. Bu isə “öz vaxtında” adlanır, yəni zaman daxilində inkişaf vasitəsilə.