149.Niyə xoxma xüsusiyyətini cəlb etmək lazımdır
(9 mart 1953-cü il¹-də, Tel-Əvivdə eşidilmişdir)
[Baal Sulam] soruşdu: əgər bütün işimiz bilik üzərində inam xüsusiyyətində olmalıdırsa, nə üçün xoxma xüsusiyyətini, yəni bilik xüsusiyyətini cəlb etmək lazımdır?
Və o izah edir: əgər nəslin salehi bilik xüsusiyyətində olmasaydı, onda bütün İsrael bilik vüzərində inam xüsusiyyətində işləyə bilməzdilər. Lakin məhz nəslin salehi xoxmanın nurlanması xüsusiyyətini cəlb etdiyi zaman, onun biliyi bütün İsraelə Nur saçır.
Bu, insanda olduğu kimidir: əgər insanın beyni nə istədiyini anlayır və bilirsə, onda orqanlar öz işlərini yerinə yetirirlər və heç bir [öz] ağıla ehtiyac duymurlar. Əl və ayaq, eləcə də digər orqanlar fəaliyyət göstərir və onlara həvalə olunanı yerinə yetirirlər. Və heç bir ağıllı insanın ağlına gəlməz ki, desin: əgər əlin və ya ayağın ağlı olsaydı, onda onların işi daha uca olardı. Çünki ağıl orqanlar üçün rol oynamır. Orqanlar beynin böyüklüyünə görə qiymətləndirilir. Yəni əgər beyin böyük ağla malikdirsə, onda bütün orqanlar onun xüsusiyyətinə görə adlandırılır, yəni onlar böyük orqanlar adlanır.
Burada da həmçinin: əgər bütün cəmiyyət artıq bilik xüsusiyyətinə layiq olmuş həqiqi salehin ardı ilə gedərsə, onda bütün cəmiyyət inam xüsusiyyətində əməli hərəkətlər edə bilər. Və onların tam təminatı olacaq və heç bir bilik xüsusiyyətində çatışmazlıqları olmayacaq.