<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 127.Əsas, mahiyyət və əlavə xeyir arasındakı fərqi anlamaq.

Yequda Leyb Aşlaq

127.Əsas, mahiyyət və əlavə xeyir arasındakı fərqi anlamaq.

 (30 sentyabr 1942, Yerusəlimdə eşidilib)
 

Məlumdur ki, moхinin çıxışı və zivuqun dayanması yalnız moхinin əlavə olunması zamanı baş verir, halbuki ZON dərəcəsində əsas hissə “vav və nöqtə”dir. Yəni Malxutun öz əsas varlığında bundan artığı yoxdur – o, ağlığı olmayan qara nöqtədir. Əgər insan bu nöqtəni özünə artıq bir şey saymayıb, ondan qurtulmaq istədiyi bir şey kimi yox, məhz əsas bir zinət kimi qəbul edirsə—bu, qəlbdə “gözəl məskən” xüsusiyyəti adlanır. Çünki o, bu xidməti qınamır, onu özünə başlıca sayır—buna “Şxinanı küldən qaldırmaq” deyilir. Və o, bu əsası özündə başlıca bir şey kimi saxladıqda, artıq dərəcəsindən heç vaxt düşə bilməz, çünki əsasda (nurların) çıxışı yoxdur.

İnsan öz üzərinə qara nöqtə xüsusiyyətindəki işi—dünyada mümkün olan ən böyük qaranlıq həddinə qədər—qəbul edəndə, müqəddəs Şxina deyir: “Səndən gizlənəcəyim yer yoxdur.” Buna görə də “Mən Onunla bir bağla bağlanmışam” və “bu bağ heç vaxt qopmaz.” Deməli, onda dvekutda (vəhdətdə) heç bir fasilə olmur. Əgər yuxarıdan ona “əlavə” adlanan hansısa bir parıltı gələrsə, o, bunu “qaçılmazdır və niyyətim deyildi” kimi qəbul edir, çünki bu, aşağıdan oyanış olmadan Yaradan tərəfindən gəlir. “Qarayam, amma gözələm” sözlərinin mənası da budur—əgər sən qaranlığı qəbul edə bilsən, onda görərsən ki, necə gözələm.

“Kim nadandırsa, bura döndərsin” sözlərinin mənası budur: o, bütün işlərindən üz çevirib yalnız Yaradan naminə işləmək istəyəndə və “Sənin qarşında heyvan oldum” xüsusiyyətində işləyəndə, mütləq kamilliyi görməyə layiq olur. “Qəlbsizə belə dedi” sözlərinin mənası bundadır: yəni onda “ürək” olmadığından, o, nadan olmalı idi; yoxsa o,yaxınlaşa bilməzdi.

Bəzən isə Şxinanın sürgün vəziyyəti ilə rastlaşırıq—yəni nöqtə ayrılıq aləmləri olan BYA-ya enir və o zaman “tikanlar arasında qızılgül” adlanır—onda tikan və ox kimi forma yaranır və bu zaman onu qəbul etmək olmaz, çünki bu, klipotun hakimiyyətidir. Bu da insanın əməllərinə görə baş verir: insan aşağıda nə edirsə, öz kökündə—müqəddəs Şxinada—onu doğurur. Yəni insan aşağıda almaq istəyinin köləliyindədirsə, bununla yuxarıda klipanı müqəddəsliyin üzərinə hakim edir.

Bu da gecəyarısı islahıdır—Şxinani küldən yuxarı qaldırmaq üçün dua edirik, başqa sözlə, ona əhəmiyyət vermək üçün; çünki “yuxarı” və “aşağı” əhəmiyyətin dərəcəsinə görə hesablanır. O zaman o, qara nöqtə xüsusiyyətindəolur. Gecəyarısı islahında isə o, qalib gəlir və deyir ki, “Livni və Şimi” ayəsini yerinə yetirmək istəyir. “Livni”—yəni qara yox,“ağ” (lavan) xüsusiyyətidir. “Şimi”—yəni (şmia li)-“eşitdim” , başqa sözlə, “mən ehtimal edirəm“ yəni, onun üçün yuxarı Malxutun boyunduruğunu qəbul etmə halı mümkündür və arzuolunandır. “Gecəyarısı islahı”—müqəddəsliyi klipadan ayıran pərdənin islahıdır, yəni almaq istəyində olan xoşagəlməz hissin islahı və onu vermək istəyi ilə birləşdirməkdir.

“Qola” (sürgün) sözü “Qeula” (qurtuluş) sözü ilə eyni hərflərdən ibarətdir; fərq yalnız “alef”dədir. Yəni “aluf ha-olam”—Aləmin Sahibi xüsusiyyətini sürgünə daxil etmək lazımdır, onda dərhal qurtuluşu hiss edərik. Bu da belə adlanır: “Mənim qorumağa borclu olduğum bir şey zərər yetiribsə—mən zərərə səbəb olmuşam və deməli ən yaxşı malımla zərərin əvəzini ödəməliyəm.” Və bu, “Aşağıda məhkəmə olanda, yuxarıda məhkəmə yoxdur” deməkdir.