<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 172.Maneələr və əngəllər haqqında

172.Maneələr və əngəllər haqqında
 

Eşidilib: 20 aprel 1949-cu il¹, Tel-Əviv

Gözlərimiz qarşısında görünən və aşkara çıxan bütün maneə və əngəllər, Yaradan bizi yaxınlaşdırmaq istədiyində olan yaxınlaşdırma xüsusiyyətidir. Və bu əngəllərin hamısı bizə ancaq yaxınlaşma gətirir. Çünki əks halda Ona yaxınlaşmaq üçün heç bir imkan olmazdı. Təbiət baxımından biz – maddədən yaradılmışlar – ilə, ən yüksəklərin də fövqündə olan Yaradan arasında bundan böyük uzaqlıq yoxdur. Yalnız insan yaxınlaşmağa başlayanda, o zaman aramızdakı məsafəni hiss etməyə başlayır. Və o, hansı maneəni dəf edirsə, bu, onun üçün yolu yaxınlaşdırır.

(Yəni o, uzaqlaşma xətti üzrə getməyə alışır. Buna görə də hər dəfə nə qədər uzaq olduğunu hiss edəndə, bu, prosesdə onda heç bir dəyişiklik yaratmır. Yəni o əvvəlcədən bilirdi ki, uzaqlaşma xətti üzrə gedir. Axı həqiqət budur ki, bizimlə Yaradan arasındakı məsafəni izah etmək üçün kifayət qədər söz yoxdur. Buna görə də hər dəfə düşündüyündən artıq dərəcədə uzaqlığı hiss etdikdə, bu, onda heç bir mübahisə doğurmur.)