Yeguda Leyb Levi Aşlaq (Baal Sulam)
184.İnam və ağıl arasındakı fərq
14 fevral 1949-cu ildə eşidilmişdir1, Tveriya
İnam və ağıl arasındakı fərq.
İnam xüsusiyyəti vardır ki, o bədənə ağıldan daha çox təsir edir, çünki bədənə daha yaxındır. Çünki inam Malxut xüsusiyyətidir, bədən isə Malxuta aiddir, buna görə də ona təsir edir.
Ağıl isə doqquz birinciyə aid olduğuna görə bədənə bu cür təsir edə bilmir. Lakin bununla yanaşı ağılın elə bir xüsusiyyəti var ki, buna görə o, bədənə aid olan inama nisbətdə ruhani hesab olunur. Ruhani sahədə isə belə bir qayda var: «ruhaniyyətdə yox olma yoxdur» və «sikkə sikkəyə əlavə olunaraq böyük hesab əmələ gətirir».
İnam isə başqa cürdür, çünki o maddi sayılır və ayrılıq xüsusiyyəti adlanır. Maddidə isə yığılma yoxdur və keçmiş keçmişdə qalır. Keçmişdə olan şey indiki və gələcək vəziyyətə qoşulmur. Buna görə də hər hansı bir şeyə iman baxımından yanaşdıqda, o təsir etdiyi anda yüz faiz təsir göstərsə də – ağıla nisbətdə – bu təsir yalnız müvəqqətidir. Ağıl isə yalnız bir faiz təsir etsə də, bu bir faiz daimi qalır. Buna görə də yüz dəfə təkrarlandıqda, o elə bir ölçüyə yığılır ki, iman bir dəfə təsir etdikdə olan ölçüyə bərabər olur. Amma iman baxımından yüz dəfə işləsə belə, insan eyni vəziyyətdə qalır. Halbuki ağıl baxımından bu daimi mövcud olan bir vəziyyət kimi qalır.
Bu ona bənzəyir ki, insan hansısa anlayışları öyrənəndə, hətta onları unutsa da, ağılında «qeydlər» qalır. Başqa sözlə, o nə qədər çox anlayış toplayırsa, onun ağlı da o qədər inkişaf edir. Maddi hallarda isə belə deyil, çünki onlar məkan və zaman daxilində baş verir. Şərq məkanı heç vaxt qərb məkanına gəlməz və keçmiş saat indiki saata qoşulmaz. Halbuki ruhaniyyətdə bütün bunlar eyni vaxtda baş verə bilər.