<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 189. Əməl düşüncəni formalaşdırır

189. Əməl düşüncəni formalaşdırır

(8 oktyabr 1942-ci ildə nəql edilmişdir)

İnsanın maddi nemətlərə yönəlmiş fikirləri zamanı onun bütün bədən üzvlərinin və hiss orqanlarının xüsusi bir iti qavrayış, daxili coşqu və ilhamla, sanki öz təbii ahənginə uyğun olaraq sürətlə fəaliyyət göstərməsi diqqətəlayiqdir. Lakin məsələ ruhun qazanclarına gəldikdə, insanın cismani varlığı və duyğu aləmi ağırlaşır, hər bir addım sanki nəfsin müqaviməti ilə qarşılaşır.

Məsələ ondadır ki, insanın ağlı (əqli) və düşüncəsi  onun güzgüdəki kimi əks olunan əməllərinin təcəllisindən başqa bir şey deyildir.  Əgər insanın əməllərinin çoxu maddi aləmə və nəfsin tələbatlarına yönəlmişdirsə, bu təmayül əql güzgüsündə də hökmranlıq edər. Belə olduqda, ağıl maddi aləmin ehtiyaclarını asanlıqla dərk edir və insan həmin sahədə əqlini sərbəst və çevik şəkildə işlədir. Çünki beyin cismani aləmdən gələn həyat qüvvələri ilə qidalanır.

Ağıl, həyat nurunu hansı mənbədən alırsa, məhz həmin mənbəyə xidmət etməyə meyllidir. Ruhun və ruhun ehtiyacları üçün isə beyində hələ kifayət qədər izlər, ruhani surətlər və  təəssüratlar formalaşmamışdır ki, onlar həyat qüvvəsinə çevrilsin və əqli hərəkətə gətirsin. Buna görə də əql əvvəlcə ruhun ehtiyaclarına xidmət etməkdə aciz qalır.

Bu səbəbdən insan öz nəfsini aşmalı, davamlı  saleh əməllərlə məşğul olmalıdır ki, bu əməllər qəlbdə və beyində sabit izlər buraxsın. Zamanla bu izlər çoxaldıqca mərifət artar, əql saflaşar və maddi aləmdə olduğu kimi, hətta ondan da artıq bir sürət və dərinliklə ruhun tələblərinə xidmət etməyə başlayar. Çünki əql, ruhun libasıdır və ona ən yaxın olan təzahürdür.