<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Şamati / 138.Qorxu və bəzən insana gələn həyəcan haqqında

138.Qorxu və bəzən insana gələn həyəcan haqqında
 

(1942-ci ildə eşidilmişdir.)(1)

İnsanda qorxu halı yarandıqda, o bilməlidir ki, “Ondan başqa heç kim yoxdur” – belə deyilib. Hətta bu onun nəzərində [əgər elə görünsə ki, bu] bir sehrdir.

Və əgər o görürsə ki, qorxu yenə də ona üstün gəlir, onda deməlidir ki, yox, düşünmək belə adamı qorxudur, bütün olanlar təsadüf deyil, və Yaradan ona bütün bu imkanları Alidən verib. Və o, araşdırmalı və öyrənməlidir ki, bu qorxu ona hansı məqsədlə göndərilib. Aydındır ki, bu ona görədir ki, o qalib gələ bilsin və desin: “Ondan başqa heç kim yoxdur.”

Və [əgər] bütün bunlardan sonra belə qorxu və həyəcan onu hələ də tərk etməyibsə, onda o bunu nümunə kimi götürməli və deməlidir: “Qorxunun bu dərəcəsində də Yaradanın xidmətində olmalıyam.” Yəni onun, layiq olmaq [istədiyi] səmalar qarşısındakı qorxusu, indi onda olan qorxu formasında olmalıdır. Yəni bədən bu xarici qorxudan necə təsirlənirsə – səmalar qarşısındakı qorxu da tam eyni şəkildə olmalıdır.


_______________________________

1 - Yəhudi tarixi: 5702-ci il.