77.İnsanın ruhu onu öyrədəcək
24 avqust 1947-ci ildə eşidilmişdir
“İnsanın ruhu onu öyrədəcək”.
Məlumdur ki, bütün Tövrat əsasən ruhun ehtiyacları üçün öyrənilir, yəni artıq “neşama” xüsusiyyətinə layiq olmuşlar üçün. Bununla belə, onlar başqa dərk etmişlərin Tövrat sözlərini axtarmalı və onlara can atmalıdırlar ki, onlardan yeni yolları öyrənsinlər — əvvəlkilərin öz Tövratlarında etdikləri yeni kəşfləri -‘xiduşim’i. Bunun sayəsində onlara asan olacaq və onlar da yuxarı pillələrlə gedə biləcəklər, yəni onların vasitəsilə səviyyədən səviyyəyə irəliləyəcəklər.
Lakin Tövratın elə bir xüsusiyyəti var ki, onu açıqlamaq olmaz, çünki hər bir ruh bu təhlili özü etməlidir və başqası bunu onun yerinə edə bilməz. Buna görə də onlar özləri bu təhlili etməmişdən əvvəl həmin Tövrat sözlərini onlara açıqlamaq olmaz.
Buna görə də böyüklərin adəti belədir ki, yuxarıda deyilən səbəbə görə bir çox şeyi gizlədirlər. Lakin bu hissədən başqa, ruhlar üçün böyük fayda var ki, onlar başqalarının Tövratda etdikləri yeni kəşflərdən- ‘xiduşim’dən bəhrələnirlər. “İnsan ruhu onu öyrədəcək” — yəni o, başqalarının Tövratda etdikləri yeni kəşflərdən nəyi və necə qəbul etməyi və onlardan necə istifadə etməyi, həmçinin özü nəyi yeniləməli olduğunu öyrənir.