107.İki mələk haqqında
1943-cü ilin fevralında, Yerusəlimdə eşidilmişdir¹
Şənbə ərəfəsində insanı müşayiət edən iki mələk haqqında – xeyirxah mələk və zaklm mələk.
Xeyirxah mələk sağ [xətt] adlanır ki, onun vasitəsilə insan Yaradanın xidmətinə yaxınlaşır. Və bu, “sağ yaxınlaşdırır”² adlanır. Zalım mələk isə, yəni sol [xətt] xüsusiyyəti, uzaqlaşdırır, yəni ona yad fikirlər gətirir – həm ağılında, həm də qəlbində.
Lakin insan şəri dəf etdikdə və özünü Yaradana yaxınlaşdırdıqda – yəni hər dəfə tədricən şəri aşaraq özünü Yaradanla birləşdirdikdə – nəticədə onların hər ikisi vasitəsilə o, Yaradanla birləşməyə yaxınlaşmış olur. Bu o deməkdir ki, hər ikisi bir rolu yerinə yetirmişdir – yəni onun Yaradanla birləşməyə gəlməsinə kömək etmişdir. O zaman insan deyir: “Sülhlə gəlin”³.
Lakin insan artıq öz işini tamamladıqda, yəni bütün sol [xətti] müqəddəsliyə keçirdikdə, necə ki deyilir: “Səndən gizlənə biləcəyim yer yoxdur”⁴, onda zalım mələyin artıq edəcək işi qalmır. Çünki insan şərin gətirdiyi çətinlikləri artıq dəf etmişdır. Və onda zalım mələk fəaliyyətsiz qalır və insan ona deyir: “Sülhlə gedin”³.