Kabalanın Əsasları 2025/2026
Bu kurs, ən nüfuzlu Kabbalah müəlliflərindən biri, "Baal HaSulam" kimi tanınan Rav Yehuda Ashlagın və onun böyük oğlu və davamçısı Rav Baruch Shalom Ashlagın (Rabash) təlimlərinə əsasən, Kabbalahın əsl hikmətinin əsas konsepsiyalarının öyrənilməsini əhatə edəcək; və Rav Dr. Michael Laitmanın izahları ilə.
Bu əsas proqram tələbələri Kabalanın orijinal müdrikliyinə Rav Yehuda Aşlaq (Baal Sulam), Rav Barux Şalom Levi Aşlaq (Rabaş) və Rav Dr. Mixael Laytmanın izahları vasitəsilə tanış edir. Kurs Kabalanın əsas anlayışlarını, yaradılışın məqsədini, ruhun təbiətini, reallığın qavranılmasını, ruhani qanunları, qrup işi və praktiki daxili inkişafı — orijinal mənbələr əsasında araşdırır.
Öyrənməyə BaşlayınDərs, bizi nə idarə edir, düşüncələrimizin haradan gəldiyi və arzularımızın necə yaranması ilə bağlı dərinə enir. Kabalanın əsas ideyasını təhlil edir: bizim zövqə olan arzumuz, həqiqi Kabalanın məqsədini və onun bu gün hələ də niyə vacib olduğunu izah edir.
Öyrənməyə BaşlayınKabala hikmətinin əsil mahiyyətini orijınal mənbələrə əsaslanaraq anlamaq Kabala elmi əslində nə haqqında danışır? Onu unikal edən nədir? Onun əsas müəllifləri kimlərdir və onların fundamental əsərləri hansılardır? Bu təlimin həyatımızdakı və dünyadakı məqsədi nədir?
Öyrənməyə BaşlayınBu dərsdə biz istəyin yaranma səbəblərini öyrənəcək və onun inkişaf prosesi haqda anlayışımızı dərinləşdirəcəyik. İndiyə qədər biz əsasən dünyamızdakı reallıq barədə , yəni Kabala Hikmətinin istəyin inkişafı ilə əlaqədar bir insana necə açıldığı barədə danışmışıq. Ancaq, bu dərsdə, biz xüsusi olaraq yaradılışın digər tərəfindən başlayacağıq-yaradılışın kökü, istəyin yaranmasına səbəb olan düşüncə tərəfindən.
Öyrənməyə BaşlayınBurada sual edirik ki, bizim qavrayışımız yeganə reallıqdırmı? Dərsdə Kabalanın niyə 'gizli hikmət' kimi tanındığı araşdırılır və reallığın əlavə təbəqələri açıqlanır. Heyvanlar, adi insanlar və Kabalistlər arasındakı qavrayış fərqlərini öyrənin. Elmi tərəqqinin reallığı dərk etmə tərzimizi necə dəyişdirdiyini nəzərdən keçirin. Kabalada 'niyyət' adlı gizli qanunu aşkar edin və 'forma bənzərliyi qanununu anlayın.
Öyrənməyə BaşlayınDərs Kabalanın budaqlar və köklər dili kimi tanınan özünəməxsus dilinə dərindən nəzər salır. Kabala mətnlərində olan gizli qüvvəni və təhsilin bizim ruhani inkişafımıza necə kömək etdiyini kəşf edin. Biz ruhani aləmləri təsvir etmək üçün istifadə olunan dörd dili, onların fərqlərini və mənalarını anlayaraq kəşf edirik.
Öyrənməyə BaşlayınOrijinal Kabalistik kitablarda olan ruhani güc
Öyrənməyə BaşlayınBu dərsdə biz Kabala biliklərinin nəsillər boyu necə ötürülməsini araşdıracağıq. Böyük Kabala alimlərinin zənciri — Kabala yolunu formalaşdıran və onun hikmətini irəli keçirən unikal ruhlar. Hər bir nəslin ruhani anlayışı aşkara çıxarmaq və irəlilətməkdə rolu.
Öyrənməyə BaşlayınKabala hikməti tarix boyu necə inkişaf etdi, Kabala hikməti nəsildən-nəslə necə ötürülür?
Öyrənməyə BaşlayınBu dərs insan azadlığı anlayışını — onun mövcudluğunu və əhatə dairəsini araşdırır. İnsan inkişafına təsir edən dörd amili və mühitimizin həlledici rolunu araşdırın. İnsanın ruhani inkişafının onun ətrafı ilə necə bağlı olduğunu anlayın. “Hər şey gözlənilir və icazə verilir” ifadəsinin mənasını və onun azad iradə və tale üçün nəticələrini açın.
Öyrənməyə Başlayın"Hevruta" - 7-ci Dərsə uyğun olaraq. Seçim Azadlığı
Öyrənməyə BaşlayınBaal Sulamın orijinal Kabalistik mətninə nüfuz edirik, hər şeyin Yaradandan qaynaqlandığı və reallığın hər bir aspektinin bu prinsip tərəfindən idarə olunduğu anlayışını araşdırırıq. Yaradanla birliyin dərin mənasını və bu anlayışın həyat və ruhani inkişaf anlayışımızı necə dəyişə biləcəyini başa düşürük.
Öyrənməyə BaşlayınBu dərsdə biz ruh anlayışını araşdıracaq və hər bir insanın unikal ruh kökünə sahib olub-olmadığını yoxlayacağıq. Bədən və ruh anlayışlarını müəyyən edəcək və onların arasındakı əlaqəni incələyəcəyik. Həmçinin Adam Rişon sistemi, Adam Rişon-un parçalanması və 'Bilik Ağacının günahı'nın daxili izahını öyrənəcəyik. Sonda isə orijinal Kabalaya görə reinkarnasiya anlayışını kəşf edəcəyik.
Öyrənməyə Başlayın"Xevruta" - 10-cu dərsin davamı. Bədən və Ruh
Öyrənməyə BaşlayınBu dərsdə sən Yaradılışın Məqsədini və almaq arzusunun inkişaf prosesini öyrənəcəksən. Biz araşdıracağıq ki, birbaşa nur dörd müxtəlif mərhələdən necə keçir və onların hər biri ruhani arzunun formalaşma mərhələsini necə təmsil edir.
Öyrənməyə Başlayın"Hevruta" - 12-ci dərsin davamı. Birbaşa Nurun 4 Mərhələsi
Öyrənməyə BaşlayınAdam Rişonun ruhu, onun parçalanması və islahı. Bizim ruhani işimizin Adam Rişonun ruhu ilə əlaqəsi.
Öyrənməyə Başlayın"Hevruta" - 13-cü dərsin davamı. Parçalanmadan islaha doğru
Öyrənməyə BaşlayınBu dərsdə biz kabalanın ən mühüm, əsas ilkin mənbəsi olan - Zoar Kitabı ilə tanış olacağıq. Zoar Kitabının ön sözündən seçilmiş parçaları oxuyacağıq və bu xüsusi kitabın düzgün öyrənilməsi üçün əsas məqamları müəyyən edəcəyik.1. Zoar Kitabının yaranma tarixi;2. Zoar Kitabının dili;3.Zoar Kitabının öyrənilməsinin dörd qaydası;4. Zoar Kitabına şərhlər, -- bu və bir çox digər mövzulardan bu dərsdə xəbər tutacaqsınız.
Öyrənməyə BaşlayınTaNaX (Tövrat, Hədislər, Peyğəmbərlər) mətninin kabala prizmasından ruhani mənası
Öyrənməyə BaşlayınHevruta -17-ci Dərsin davamı - Kabala Hikmətinə görə TANAX-ın ruhani mənası
Öyrənməyə BaşlayınKabalada "dua" sadəcə sözlərin deyilməsi deyil, ürəyin işidir. Bu daxili təhlil prosesidir, burada insan həqiqətən nə istədiyini araşdırır və onun daxili ehtiyacı (ivrit dilində "xisaron") formaca Yaradanla uyğun olub-olmadığını müəyyən edir.
Öyrənməyə BaşlayınXevruta - 20-ci Dərsin davamı - Kabala Hikmətinin Qapılarını Dünyaya Açır
Öyrənməyə BaşlayınYaradılış ideyası·-Nur və kli -Almaq istəyinin dörd mərhələsi
Öyrənməyə BaşlayınMövzular: Forma fərqi | Birinci ixtisar [Tsimtsum Alef] | Masax [Ekran] | Əks olunan nur| Zivuq də-Akaa [zərbəvi birləşmə] | Ekranda beş mərhələ
Öyrənməyə Başlayın