Dərs 30: Yoldaşların Sevgisi
Dərs 30
Mövzu: Yoldaşların sevgisi
İlkin mənbələrdən seçilmiş hissələr
Slaydlar 2-3
Rabaş. Məqalə № 6 (1984) "Yoldaşlara sevgi– 2"
"Əgər eqoist sevgidən çıxmağın dəyərli olduğuna [inandıran] bu kiçik gücə malik olan bir neçə insan toplaşarsa, lakin kənar kömək olmadan müstəqil ola bilmələri üçün onlarda əta etməyin bütöv gücü və vacibliyi yoxdursa, və bu insanların hər biri digərinin qarşısında özünü ləğv edərsə, [və o zaman, madam ki] hamıda potensial olaraq Yaradanın sevgisi var, lakin praktikada onlar bunu reallaşdıra bilmirlərsə, o zaman hər kəsin qrupa daxil olması və qrupun qarşısında özünü ləğv etməsi sayəsində vahid bir bədən yaranır. Və bu bədən, məsələn, on nəfərdən ibarət olduqda, o zaman bu bədənin, onun tək olduğu zamankından on dəfə daha böyük gücü olur.
Lakin bir şərtlə ki, onlar toplaşdıqda, hər biri düşünəcək ki, o, bura indi özünə olan sevgini ləğv etmək məqsədilə gəlib, yəni o, indi öz almaq istəyini necə dolduracağı barədə düşünməyəcək, bəlkə indi, mümkün qədər, yalnız yaxınının sevgisi barədə düşünəcək, [axı] yalnız bunun sayəsində o, əta etmək istəyi adlandırılan yeni bir xüsusiyyəti əldə etməyin zəruri olduğu arzusunu və tələbatını qazana bilər. Yoldaşların sevgisindən isə o, Yaradanın sevgisinə nail ola bilər, yəni Yaradana məmnunluq əta etmək istədiyi zaman".
Slayd 4
Baal Sulam, məktub 47
"Mən yoldaşlara olan sevginin təsirliliyini sizə bir daha xatırladıram — hər bir halda, məhz bu anda, — çünki bizim var olmaq hüququmuz bundan asılıdır və bizim yaxın olduğumuz uğurumuzun ölçüsü bununla ölçülür.
Buna görə də, bütün [öz] xəyali məşğuliyyətlərinizdən azad olun və qəlbinizi düzgün düşüncələr barədə düşünməyə və qəlblərinizi həqiqətən tək bir qəlbdə birləşdirmək üçün düzgün fəndlər (üsullar) tapmağa həsr edin, və sizdə sadəliklə buyurulan bu sözlər reallaşsın: «Yaxınını özün kimi sev». [...] Və siz bütün təqsirləri örtəcək olan sevgi barədə düşüncədən pak olarsınız, və məni bu işdə sınayın, və həqiqi ölçüdə sevgidə birləşməyə başlayın, və o zaman görərsiniz, «və damaq dad hiss edər»".
Slayd 5
Rabaş, məqalə 7, 1984
"…«Yaxınını özün kimi sev» qaydasını icra etmək istəyən kəs, və onun bütün niyyəti eqoist sevgidən çıxmaq və başqa bir təbiəti, yəni yaxınına olan sevgini öz üzərinə götürməkdən ibarətdir. Lakin, hərçənd bu, icra edilməsi lazım olan bir ehkam olsa da və insan güclə özünü [bunu etməyə] məcbur edə bilsə də, sevgi qəlbin ixtiyarında olan bir şeydir, qəlb isə təbiətən bununla razılaşmır. Belə olan halda, yaxınına olan sevginin onun qəlbinə toxunması üçün insan nə edə bilər?"
Slaydlar 6-7
Rabaş. Məktub 40
"Onun yoldaşına verdiyi hər bir hədiyyə [...], bu, daşda (oyuq) açan bir güllə kimidir, və hərçənd birinci güllə daşın üzərində yalnız görünməz bir cızıq qoyur, lakin eyni yerə dəyən ikinci güllə artıq bir kərtik vurub çıxarır, üçüncüsü isə delik açır.
Və onun hədəfə göndərdiyi güllələrin köməyi ilə deşik böyüyür və yoldaşının daşdan olan qəlbində bütün hədiyyələrin toplandığı bir boşluq yaranır, və hər bir hədiyyə sevgi qığılcımları verir, ta bütün sevgi qığılcımları daş qəlbin boşluğunda toplanana və onlardan bir alov yaranana qədər.
Qığılcım ilə alov arasındakı fərq isə ondadır ki, sevginin olduğu həmin yerdə o, bayıra (sıçrayır), yəni onda sevgi atəşinin yandığının bütün xalqlara aşkarlanması deməkdir. Və sevgi atəşi yolda rast gələn bütün təqsirləri yandırıb kül edir".
Slaydlar 8-9
Rabaş. Məktub 40
"Qəlblərin sürtünməsi sayəsində, hətta bu, pəhləvanların qəlbləri olsa belə, hər kəs öz qəlbinin divarlarından istilik yayır, istilik isə onlardan bir sevgi libası yaranana qədər sevgi qığılcımları hasil edir, və o zaman onların hər ikisi tək bir örtüyə bürünürlər, yəni tək bir sevgi onların hər ikisini sarar və örtər, axı məlumdur ki, qovuşma iki obyekti tək bir obyekt halında birləşdirir.
Və yoldaşının sevgisini hiss etməyə başladıqda, dərhal onun daxilində sevinc və məmnunluq oyanır.
Madam ki yoldaşının onu sevməsi — onun üçün yeni bir şeydir, çünki o, hər zaman yalnız özünün sağlamlığı və rifahı barədə qayğı göstərdiyini bilirdi. Lakin yoldaşının onun barəsində qayğı göstərdiyini aşkar etdiyi həmin anda, bu, onun daxilində təsvirəgəlməz bir sevinc oyadır, və o artıq yalnız özü barədə qayğı göstərməyə qadir olmur, çünki insan yalnız məmnunluq hiss etdiyi yerdə səy göstərə bilər. Və yoldaşının barəsində qayğı qaldırmaqda məmnunluq hiss etməyə başladığından , o, özü haqqında düşünməyə qadir olmur".
Slayd 10
Baal Sulam, Şamati 225. "Özünü qaldırmaq"
"İnsanın özünü öz mühitindən (çərçivəsindən) yuxarı qaldırması qeyri-mümkündür. Buna görə də insan öz (mühitindən) qidalanmalıdır. Və Tövrat və böyük səylər vasitəsilə [irəliləməkdən] başqa onun üçün heç bir (məsləhət) yoxdur.
Buna görə də, əgər insan özü üçün yaxşı bir ətraf (mühit) seçərsə, o zaman o, zamandan və səylərdən qazanmış olar, axı o, öz ətrafının (mühitinin) arxasınca can atır.