Xevruta - 30-cu dərsin davamı. "Yoldaşlara Sevgi Haqqında"
Biz Rabaşın növbəti məqaləsini öyrənəcəyik: “Yoldaşlara Sevgi haqqında”
Bu, Rabaşın ikinci məqaləsidir və bu məqalələri necə öyrənməli olduğumuzu anlamağımıza kömək edəcək.
Gəlin əvvəlcə onu tam oxuyaq, sonra isə Rabaşın bizə nəyi başa salmaq istədiyini görmək üçün onu hissələrə ayıraq.
https://kabbalah.academy/az/library/sources/articles/837/
Rabaş araşdırmaq istədiyi bir neçə məqamla başlayır – özümüzə verməli olduğumuz suallarla:
-
Yoldaşlara sevginin zəruriliyi [yəni, zərurət nədir – Yoldaşlara sevgi bizə niyə lazımdır? Biz yoldaşlar anlayışını başa düşürük, amma niyə mütləq onları sevməliyik, bəlkə onlar bizi sevməlidirlər?
-
Niyə mən məhz bu yoldaşları seçdim və yoldaşlar niyə məni seçdilər? [Mən həqiqətən kimisə seçdimmi? Yəni mən öyrənməyə gəldim, insanlar burada idi, bu seçimdirmi?]
-
Yoldaşlardan hər biri cəmiyyətə olan sevgisini açmalıdırmı, yoxsa sevgisi ürəyində hiss etmək və yoldaşlara sevgini gizlilikdə tətbiq etmək kifayətdirmi, beləliklə, ürəyində olanı açıq şəkildə göstərməyə ehtiyac yoxdurmu?
Məlumdur ki, təvazökar olmaq böyük bir şeydir. Lakin bunun əksini də deyə bilərik – insan ürəyindəki yoldaşlara olan sevgini açmalıdır, çünki bunu açmaqla o, yoldaşlarının ürəklərini oyadır ki, onlar da hər birinin yoldaşlara sevgi tətbiq etdiyini hiss etsinlər. Bunun faydası ondadır ki, bu şəkildə insan yoldaşlara sevgini daha güclü şəkildə tətbiq etmək üçün qüvvə qazanır, çünki hər bir insanın sevgi qüvvəsi bir-birinə daxil olur.
Sual:
Yoldaşlara sevgi göstərmək nə deməkdir? Bizim danışdığımız sevgi qüvvəsi nədir?
Rav Laytmandan
Güc güvvədir— yəni intensivlikdir — Lakin insanda bu həmçinin istəklə də ifadə olunur, çünki bizim bütün maddəmiz istəkdir. Buna görə də, istək və onu ölçə biləcəyimiz istəyin gücü var .
Yaradan həzzin gücü ilə, yəni əta etmək və sevgi ilə xarakterizə olunur. Lakin bizə münasibətdə bu xüsusiyyətlər Onun bizim üzərimizdəki təzyiqinin gücü kimi, yəni hər hansı bir nəticənin hasil olduğu səbəb kimi təzahür edir. Buna görə də biz Onun bizə olan təsirini, Onun sevgisini, bu sahənin bizə etdiyi həmin təsir gücü ilə, sevginin gücü ilə ölçürük.
Hər cür xüsusiyyətlərin yerləşdiyi ruhani sahə ilə bu sahənin daxilində yerləşən hansısa yad bir obyektə olan təsirinin gücü arasında fərq var.
Əgər bu obyekt ruhani sahənin xüsusiyyətini qəbul edibsə (mənimsəyibsə), o zaman onlar tarazlıqdadırlar, heç kim heç nəyin üzərinə təzyiq göstərmir. Lakin əgər bu obyekt hələ də hansısa şəkildə yaddırsa, yəni sahənin xüsusiyyətlərinə uyğun gəlmirsə, o zaman sahə ona təsir edir və bu obyekti özü ilə tarazlığa gətirmək üçün hərəkətə səbəb olur.
Bizim dünyamızda baş verən şey budur və tamamilə eyni qanun ruhani dünyada da fəaliyyət göstərir.
Buradan, biz bu sevginin gücü olaraq nəyi anlayırıq?
Rav Laytmandan:
Bizim işimiz, təvəqqemizin bizim vəziyyətimizdən almağa hazır olduğumuz maksimum şəkildə mümkün qədər düzgün və dəqiq olması üçün duaya cəmlənməlidir. Hər bir anda biz onun istiqamətinə, intensivliyinə və xarakterinə görə düzgün təvəqqeni tapmağa (müəyyən etməyə) çalışmalıyıq. Ən vacib şey budur.
Əgər biz özümüzü yoxlasaq, görəcəyik ki, biz Yaradandan təvəqqe etmirik. Və hətta xahiş etsək belə, öz şəxsi vəziyyətimizə təəssüflənərək, özümüz üçün xahiş edirik. Və bu, şübhəsiz ki, ən böyük eqonun təzahürüdür.
Bu dünyada kabala öyrənməklə məşğul olmayan adi insanlar bizdən daha yaxşı vəziyyətdədirlər. Axı onlar Yaradandan, Onun onlara etdiyi şeyi Onunla razılaşmayaraq dəyişməsini, təkmilləşdirməsini və ya islah etməsini tələb etmirlər. Onlar sadəcə hər şeyi olduğu kimi qəbul edirlər, belə ki onlar Yaradandan ayrı düşüblər. Ən azından onlar Onun yanına tələblər və iddialarla gəlmir, layiq olduqları mükafatın harada olduğunu soruşmurlar. Belə bir tələb düzgün duaya tamamilə ziddir.
Bizdə belə bir dəyişikliyi elə tənzimləmək mümkündür ki, biz yalnız qrupda çalışmaqla düzgün təvəqqe edə bilək. İnsan təkbaşına özünü bu prosesdə saxlaya bilməz. Əgər o təkdirsə, yenidən öz eqosunun daxilinə düşəcək; o hər şeyi özünə aid etməyə və özü üçün tələb etməyə başlayacaq. Onda özünü formalaşdırmaq və Yaradana olan müraciətini düzgün tənzimləmək üçün vasitələr yoxdur. Bu, yalnız müştərək (ümumi) dua vasitəsilə mümkündür.
Bizim üçün bütün bu anlayışları çox aydın görmək faydalıdır. Əgər biz yolda heç bir dəyişiklik almırıqsa, bu onun əlamətidir ki, biz bunları təvəqqe etmirik. Bütün ruhani irəliləyişlər yalnız öncədən bir xisaronun (çatışmazlığın), bir təvəqqenin (aşkar olunması) vasitəsilə reallaşır.
İndi Rabaşa qayıdaq
Belə çıxır ki, insanın yoldaşlara sevgi tətbiq etmək üçün bir ölçü gücü olduğu yerdə, əgər qrup on üzvdən ibarətdirsə, onda o, yoldaşlara sevgi ilə məşğul olmağın zəruriliyini anlayan on qüvvəyə daxil olur. Lakin əgər onlardan hər biri cəmiyyətə yoldaşlara sevgini tətbiq etdiyini göstərmirsə, onda insana qrupun qüvvəsi çatışmır.
Bu belədir, çünki yoldaşını yaxşı tərəfə mühakimə etmək çox çətindir. Hər biri düşünür ki, o salehdir və yalnız o, yoldaşlara sevgi ilə məşğul olur. Bu vəziyyətdə insanın başqalarına məhəbbəti tətbiq etmək üçün çox az qüvvəsi olur. Buna görə də məhz bu iş açıq olmalı, gizli olmamalıdır.
Sual: Niyə başqasını yaxşı tərəfə mühakimə etmək çətindir? Məni bunu etməyə nə mane olur?
Rabaş:
Lakin insan həmişə özünə cəmiyyətin məqsədini xatırlatmalıdır. Əks halda bədən məqsədi kölgələməyə meyllidir, çünki bədən həmişə öz faydasının qayğısına qalır. Biz yadda saxlamalıyıq ki, cəmiyyət yalnız başqalarına sevgiyə nail olmaq əsasında qurulub və bu, Yaradan sevgisi üçün tramplin olacaq.
Buna məhz belə deməklə nail olunur ki, insanın cəmiyyətə ehtiyacı var ki, yoldaşına heç bir mükafat olmadan əta edə bilsin. Başqa sözlə, onun cəmiyyətə ehtiyacı ona görə deyil ki, cəmiyyət ona bədənin alma kelimlərini razı salacaq yardım və hədiyyələr versin. Belə bir cəmiyyət özünə sevgi üzərində qurulur və yalnız onun alma kelimlərinin inkişafına səbəb olur, çünki indi o, yoldaşının ona maddi mənfəət əldə etməkdə kömək etməsi vasitəsilə daha çox mənfəət qazanmaq imkanı görür.
Əvəzində, biz yadda saxlamalıyıq ki, cəmiyyət başqalarına sevgi əsasında qurulub ki, hər bir üzv qrupdan başqalarına sevgi, özünə isə nifrət alsın. Və yoldaşının özünü ləğv etməyə və başqalarını sevməyə çalışdığını görmək hər kəsin yoldaşlarının niyyətlərinə daxil olmasına səbəb olacaq.
Beləliklə, əgər cəmiyyət, məsələn, on üzvdən ibarətdirsə, hər birində özünü ləğv etmə, özünə nifrət və başqalarına sevgini tətbiq edən on qüvvə olacaq. Əks halda, insan yalnız başqalarına sevginin tək bir qüvvəsi ilə qalır, çünki yoldaşların bunu tətbiq etdiyini görmür, çünki yoldaşar başqalarına sevgini gizlilikdə tətbiq edirlər. Üstəlik, yoldaşlar onun başqalarını sevmək yolu ilə getmək arzusunun qüvvəsini itirməsinə səbəb olurlar. Bu vəziyyətdə o, onların əməllərindən öyrənir və özünə sevginin hökmranlığına düşür.
Rabaş deyir: “Biz yadda saxlamalıyıq ki, cəmiyyət başqalarına sevgi əsasında qurulub”. Sizcə, biz qrupun məqsədini unudacağıq? Əgər unutmaq ehtimalı varsa, onda özümüzə bunu necə xatırlada bilərik?
Rav Laytmandan:
Şagirdin sualı: Qrupumla olan seminar zamanı daxili işə olan ehtiyacı mən necə xatırlayım? Özümü iki prosessorlu bir kompüter kimi hiss edirəm, hansı ki onlardan biri məqsədi, işi hər zaman unudur. Digəri isə mənə bunu hər zaman xatırladır və keçmiş olduğum bütün prosesi yadda saxlayır.
Cavab: Biz məqsədi, işi daimi olaraq xatırlaya bilmərik və biz ondan hər zaman qopacağıq . Bu qopma mövcud olmaq üçün tələb olunur, lakin biz bununla razılaşmamalıyıq. Və o zaman bu bizim islahımız üçün faydalı olacaq, buyurulduğu kimi: «Hər şey xaricdə tapılır». Başqa sözlə, sən ayrılmış olmağa razılaşmırsan.
Biz növbəti səviyyədə yenidən birləşmək üçün ayrılırıq. Həmçinin, mən özümü belə bir uca səviyyədə ümumiyyətlə saxlaya bilmərəm, müstəsna olaraq yalnız ətraf mühitin vasitəsilə [bunu edə bilərəm].
Hər hansı bir elektrik dövrəsi bu prinsiplə işləyir; hər bir element öz enerjisini xaricə ötürür və öz daxilinə yeni enerji alır, sonra yenidən xaricə ötürür və yenidən daxilə qəbul edir. Bu, aralarında daimi olaraq dövrələrdə axan enerjini mübadilə edən bir sarğac və kabel kimidir; onlar qarşılıqlı olaraq belə işləyirlər.
Mən özümü yaxşı vəziyyətdə saxlaya bilmərəm; mənim qrupla qarşılıqlı işə ehtiyacım var. Biz öz işimizdə beləcə növbələşirik. Üstəlik, yoldşlrın hər biri öz şəxsi vəziyyətlərindən keçir. Və o zaman bu sistemin daxilində Yaradan, hər birimizdə və hamıda birlikdə vəziyyətlərin növbələşmə sürətini tənzimləyir.
Biz təcrid olunmuş şəkildə mövcud olmadığımızı hiss etməliyik; bəlkə əksinə, biz gah bunun, gah da onun işlədiyi, növbə ilə fəaliyyət göstərən iki prosessorlu tək bir sistemə aidik. Bizə lazım olan şey, özümüzü yükləyə bilmək və qarşılıqlı işimizdən gələn enerji ilə qidalanmaq üçün enerjimizi bir araya toplamaqdır. Qrupda, keçmiş olduğunuz bütün vəziyyətlər, bütün əvvəlki səviyyələr, bütün sizin tarixçəniz yox olur. Bütün bunlar yalnız qrupun daxilində, kollektiv klinin daxilində, Sonsuzluğun formasına çatana qədər baş verir. Yalnız o zaman, islahın sonu adlandırılan bir əməldə biz keçdiyimiz hər şeyi kəşf edəcəyik.
Bütün bunlar qrupun daxilində tapılır. İlk ruhani vəziyyət qrupa münasibətdə, onunla birləşmək qabiliyyətimdə və ya qabiliyyətsizliyimdə başlayır. Mənim şər başlanğıcımın ilk və ən kiçik kəşfi beləcə baş verir, və səviyyələr nərdivanının zirvəsindəki böyük eqoya, sonuncu şər başlanğıcına qədər belə davam edir. Buna görə də, işin bütün nəticələri qrup tərəfindən udulur. Qrup — Sonsuzluğun Malxutudur.
Ruhani irəliləyiş müstəsna olaraq və yalnız daimi olaraq artan şər başlanğıcı ilə müqayisədə ölçülür: o hansı sürətlə və hansı güclə artırsa, bizdə birliyin rədd edilməsi (ondan qaçma) bundan dolayı böyüyür. Rədd etmə və zülmət (qaranlıq) get-gedə daha böyük, daha güclü olur, lakin biz bu zülmətin qarşısında qrupla birləşmək üçün onları şərh edir, anlayır, hiss edir və onlarla çalışmaq üçün bir təkan alırıq. Biz bu rədd etmədə maraqlıyıq; əks halda biz öz «iş nişanələrimizi» qəbul etməyəcəyik. Bizim irəliləyişimiz bununla ölçülür.
Bu vaxt ərzində biz obyektiv ölçmə olmadan yalnız öz hissiyyatlarımıza görə mühakimə yürüdürük, lakin bundan sonra biz öz şəxsi vəziyyətlərimizi ölçəcəyik.
Rabaş bununla bitirir:
-
Hər kəs öz yoldaşının ehtiyaclarını, xüsusi olaraq hər bir yoldaş üçün bilməlidirmi ki, onları necə təmin edə biləcəyini bilsin, yoxsa ümumilikdə yoldaşların sevgisini tətbiq etmək kifayətdir?
Əgər vaxtımız olsa müzakirə edə bilərik, yaxud növbəti dəfəyə qədər öz şəxsi düşüncəmiz (refleksiyamız) üçün saxlana bilər.