Dərs 31. Kabalistik musiqi
Dərs 31
Dərs 31. Kabalistik musiqi
Mənbələrdən seçilmiş parçalar
Slaydlar 2-4
Baal Sulam, “Müdrikin bəhrələri. Söhbətlər”, “Mahnıların və musiqinin xoşluğu”
“Melodiyanın mahiyyəti ondadır ki, o, ruhaniyyət ilə maddiyyat arasında ortadır. Yəni təsəvvür edən ağılda qavranılan hər şey, ürəyin düşünə və götür-qoy edə bildiyi hər şey, ağızın danışa və qulağın eşidə bildiyi hər şey ürəkdə fəaliyyət göstərən əsas qüvvələrdir. Buna görə də yuxarıda qeyd olunan bütün xüsusiyyətlər maddidir və onlarda heç bir ruhani forma yoxdur. Axı əgər onlar maddi olmasaydılar, maddi yaradılışda hiss oyatmazdılar.
Və dünyada təsəvvürlə bağlı olmayan heç bir hiss yoxdur. Təsəvvür isə maddiyə aid olduğuna görə, onunla birlikdə hiss də maddiləşir. Lakin musiqinin oyatdığı hisslər özləri ilə heç bir maddi qüvvə və heç bir maddi təsəvvür daşımır, yalnız bu yaradılışda təsəvvürlər nəticəsində artıq keçmiş hisslərlə birləşirlər və hər şey unudulmuşdur.
İndi isə musiqi qanunu sayəsində əvvəlki hisslər, əvvəlki təsəvvürlərlə heç bir oxşarlıq olmadan aşkarlanır. Buna görə də onlarda xoşluq var, hətta bunlar kədərli hisslər olsa belə. Hərçənd öz vaxtında, yəni onlar əvvəlki təsəvvürlərlə birləşmiş olduqları zaman çox bulanıq idilər, yenə də indi, hərəkətlər unudulduqda, təsəvvürlər isə öz yerində qaldıqda və yalnız hisslər aşkarlananda, buna görə onlar daha çox ruhaniyyətə və əbədiyyətə aiddir.
Buna görə onlarda böyük xoşluq var və ümumiyyətlə bulanıqlıq yoxdur, axı əbədiyyət xoşluğun sirrində qalır, məlum olduğu kimi”.
Slaydlar 5-6
Baal Sulam. “Şamati”. 50. “İki vəziyyət”
“...Yaradan bəxş edən olduğu kimi, indi aləmi [məskunlaşdıranlar] da yalnız bəxş etməklə məşğul olurlar.
Bu, kədərli melodiyaya bənzəyir; elə musiqiçilər var ki, bu melodiyanın üzərində qurulduğu əzabları ifadə etməyə qadirdirlər. Axı bütün melodiyalar nitq dilinə bənzəyir və melodiya onun demək istədiyi sözləri izah edir. Əgər bu melodiya onu dinləyən insanlara göz yaşlarına qədər təsir edirsə və hər kəs bu melodiyanın ifadə etdiyi əzablara görə ağlayırsa, onda bu [həqiqətən] “melodiya” adlanır və hamı onu dinləməyi sevir.
Bəs əslində necə ola bilər ki, insanlar əzablardan həzz alsınlar? Lakin melodiya əzabları indiki zamanda deyil, keçmişdə göstərdiyinə görə, yəni keçmişdə olmuş əzablar artıq şirinləşmiş və öz dolumunu almışdır, buna görə insanlar onları dinləməyi sevirlər. Axı bu, dinlərin şirinləşməsinə işarə edir – onun üçün əzab olan şey şirinləşmişdir. Buna görə bu əzabları dinləmək şirindir. Və onda aləm “müqəddəs Şxina” adı ilə adlanır”.
Slayd 7
Rabaş. 238. “Bəy və gəlinin sevinci”
“...rəqsdən olan sevinc, insanların həzz aldığı kədərli melodiyaya bənzəyir, çünki bu melodiya vaxtı artıq keçmiş əzablar toplusunu obrazlı şəkildə təqdim edir və indi biz artıq bu əzablardan əldə olunan faydadan həzz alırıq. Rəqsdə də bütün yüksəlişlər və enişlərdən sonra keçmiş şeyə görə sevinc var və hər halda, onlar öz yerlərində möhkəm dayanıb qaldılar”.
Slayd 8
Rabaş, Məqalə 1 (1991), “Əməldə ‘Bizim Səndən başqa Padşahımız yoxdur’ nə deməkdir”
“İnsan görür ki, o, qüsurlarla doludur, ürəyi Yaradanla razı deyil və o, Yaradandan uzaq olduğunu hiss edir, bəzən isə hətta döyüş meydanından qaçmaq istəyir; o necə deyə bilər ki, bunlar Yaradanın mərhəmətləridir və buna görə də Yaradanı tərənnüm edə bilər? [...]
Və bu barədə yazılmışdır: “Yaradanın mərhəmətlərini əbədi tərənnüm edəcəyəm”. Yəni bir tərəfdən onda sevinc var və o, buna görə tərənnüm edir. Digər tərəfdən isə görür ki, tövbə etməlidir. Yəni o, Yaradandan xahiş etməlidir ki, onu yaxınlaşdırsın və ona ikinci təbiət olan əta etmək arzusunu versin”.
Slayd 9
“Hamı üçün Zoar”, “VaYexi” fəsli, “Yaqub yaşadı”, bənd 117
“‘Yaradana sevinclə xidmət edin, Onun qarşısına nəğmə ilə çıxın’ kəlamı o deməkdir ki, Yaradana yalnız sevinclə xidmət etmək olar. Şxina kədərdə hökm sürməz. Bu barədə deyilir: ‘İndi isə mənə musiqiçi (menagen מְנַגֵּן) gətirin’. Və musiqiçi çaldıqda (ke-nagen a-menagen כְּנַגֵּן הַמְנַגֵּן)…’ Burada ‘נגן (nagen)’ kökü üç dəfə istifadə olunur ki, kamillik mənbəyindən ruhu oyatsın” – yəni üç xətti ehtiva edən Zeir Anpindən, “və bu kamil ruhdur”. ‘נגן (nagen)’ kökünün üç dəfə təkrarlanması onun üç xəttinə uyğundur.
Slayd 10
Rabaş, Məqalə 7, 1990, “Əməldə dua vaxtı və şükür vaxtı nə zamandır”
“Şxina yalnız sevincdə olur”, necə yazılmışdır: “Və musiqiçi çaldığı zaman Yaradanın ruhu onun üzərində oldu”. Belə çıxır ki, insanın Şxinanın hökm sürməsi vəziyyətinə layiq olduğu əsas vaxt məhz kamillik vaxtıdır. Axı məhz kamillik zamanı elə bir vaxt gəlir ki, o bunu öz ruhunun xüsusiyyətinə ala bilər.”
Slayd 11
Ravvin Kalonimus Kalman Şapira “Bney Maxşava Tova”
“Melodiya yalnız ruhun və onun hisslərinin müəyyən bir təzahürüdür və o, nitqdə aşkarlanır: insan yoldşına öz düşüncələrini, kədər və sevinc hisslərini danışdıqda, daha da güclü şəkildə isə onun səsində… Buna görə melodiya, istər sevincli, istərsə də acı səslər olsun, insanın hisslərini oyadır və bu hisslərdə onun ruhunun qığılcımları və hissəcikləri aşkarlanır”.
Slayd 12
“Ha-RaNa söhbətləri” (Breslevli Ravvin Naxmanın), 273
“İnsanın özünü elə öyrətməsi yaxşıdır ki, hansısa melodiya ilə özünü dirildə bilsin, çünki melodiya böyük və uca bir şeydir”.