Xevruta - 31-ci Dərsin davamı- Ruhani İşdə Musiqi və Sevinc
Açılış musiqisi
https://soundcloud.com/kabbalah-laam-music/bnei-heihala_giora_feidman
Hər kəsə axşamınız xeyir.
Bazar günü musiqi və Kabala haqqında möhtəşəm bir dərsimiz oldu. Öyrəndiyimiz əsas ideyalardan biri ruhani işimizdə sevincin əhəmiyyətidir. Həmişə şikayət edən, daim tələb edən və heç vaxt həqiqətən razı qalmayan almaq istəyimizin üzərinə qalxmalıyıq.
Kabalistlərin bu melodiyaları bəstələməsinin səbəblərindən biri də budur. Onların məqsədi sadəcə gözəl musiqi yaratmaq deyil, ruhumuzdakı o yüksək nöqtə ilə bizi əlaqələndirməyə kömək etməkdir ki, aramızdakı və Yaradan ilə olan bağın sevincini duyaq.
Əlbəttə, bütün görüşü birlikdə mahnı oxumaqla keçirə bilmərik, baxmayaraq ki, bunun üçün xüsusi formatlarımız var, hansı ki Yoldaşların Yığıncağı adlanır və kursda daha sonra onlar haqqında daha çox öyrənəcəyik.
Bu axşam isə davam edəcəyik və RabaŞ tərəfindən yazılmış bir məqaləni oxuyacağıq, burada bir-birimiz üçün nə edə biləcəyimizdən bəhs edilir. Bir-birimiz üçün edə biləcəyimiz ən böyük şeylərdən biri bir-birimizin ruhunu qaldırmaq, aramızdakı əlaqənin əhəmiyyətini artırmaq və bu yolu birlikdə getmək imkanını qiymətləndirməkdir.
Bundan sonra isə {Şamati}-dən bir məqalə oxuyacağıq, daha sonra suallar və müzakirə üçün vaxt ayıracağıq ki, bu ideyaları birlikdə araşdıra bilək.
Gəlin başlayaq.
Hər kəs öz yoldaşına kömək etməlidir
Məqalə № 4, 1984
Biz insanın öz yoldaşına necə kömək edə biləcəyini anlamalıyıq. Məgər bu məsələ yalnız varlı və kasıb, müdrik və axmaq, zəif və güclü olan yerdə keçərlidir? Bəs hamı varlı, elmli və ya güclü olduqda, bir insan digərinə necə kömək edə bilər?
Görürük ki, hamı üçün ortaq olan bir şey var — ruh halı (əhval-ruhiyyə). Deyilib: «İnsanın qəlbində bir nigaranlıq varsa, qoy onu başqaları ilə bölüşsün». Çünki daxili ruh yüksəkliyi məsələsində nə sərvət, nə də yüksək savad kömək edə bilər.
Əksinə, yoldaşının ruhən çökdüyünü görən bir insan digərinə kömək edə bilər. Yazılıb: «İnsan özünü həbsxanadan azad edə bilməz». Onun ruhunu ucalda biləcək kəs məhz onun yoldaşıdır.
Bu o deməkdir ki, yoldaşı onu mövcud vəziyyətindən çıxararaq canlılıq, gümrahlıq halına qaldırır. O zaman insan həyatın və zənginliyin gücünü, eləcə də inamını yenidən qazanmağa başlayır və elə hiss edir ki, sanki məqsədi artıq ona çox yaxındır.
Belə çıxır ki, hər bir kəs diqqətli olmalı və öz yoldaşının ruhunu necə ucalda biləcəyi barədə düşünməlidir, çünki ruh məsələsində hər kəs öz yoldaşında doldura biləcəyi bir ehtiyac nöqtəsi tapa bilər.
26. İnsanın gələcəyi keçmişə görə minnətdarlığından asılıdır və ona bağlıdır
(1943-cü ildə(1) eşidilmişdir)
Deyilir: "Yaradan ucadır, və aşağı olan Onun böyüklüyünü görər"(2). Yəni yalnız təvazökar olan Onun böyüklüyünü görə bilər. "Əziz" mənasını verən 'yakar' sözü və "tanımaq" mənasını verən 'yakir' sözü eyni hərflərdən ibarətdir. Bu da o deməkdir ki, bir insan üçün bir şey nə qədər əzizdirsə, onun böyüklüyünü bir o qədər tanıyır. Çünki əhəmiyyətini dərk etdikcə o, ilham alır. İlham isə onu ürəkdə hiss etməyə aparır. O, bu dəyərin nə qədər böyük olduğunu anladıqca onda sevinc yaranır.
Ona görə də, əgər o, öz əhəmiyyətsizliyini dərk edirsə – yəni öz yaşıdları ilə müqayisədə heç bir üstünlüyü olmadığını başa düşürsə və dünyada bir çox insana hətta ən sadə formada , məqsədsiz müqəddəs əməllə məşğul olmaq gücü əta etmədiyini görürsə , o isə "lo lişma" halında , hətta "lo lişma" üçün hazırlıq səviyyəsində belə – buna layiq görülübsə, yəni o, müqəddəs işi bəzən ən sadə formada belə yerinə yetirmək arzusuna və düşüncəsinə malikdirsə, o, bu dəyəri qiymətləndirməyi bacarmalıdır. Və müqəddəs əmələ verdiyi əhəmiyyət dərəcəsində, o, buna görə şükr etməli və minnətdarlığını bildirməlidir.
Çünki həqiqət belədir – yəni biz bəzən Yaradanın ehkamlıarını heç bir məqsəd olmadan belə yerinə yetirmək gücünə sahib olduğumuzu dərk edə bilmirik. O zaman o, böyüklük və qəlbin sevinci hissinə gəlir. Bu iş üçün şükr etdiyi və minnətdarlıq bildirdiyi üçün onun duyğuları genişlənir və o, müqəddəs işin hər anından təsirlənir və kimin işini gördüyünü dərk edir. Bunun sayəsində o, getdikcə daha da yüksəlir.
Bu da sözlərin mənasıdır: "Sənin mənə etdiyin mərhəmət üçün Sənə təşəkkür edirəm"(3), yəni keçmiş üçün. Bu halda o, dərhal əminliklə deyə bilər və deyir: "Və gələcəkdə mənim üçün edəcəklərin üçün də".
Bu musiqinin mənası da budur:
leagid baboker hasdexa
https://soundcloud.com/kabbalah-laam-music/lehagid-baboker-1
Burada insan yeni vəziyyətə (boker - səhər adlanır) sevinməlidir
Sual-Cavab
Sonda Musiqi (Ine Ma Tov)
- https://on.soundcloud.com/NkhSIbZi2htLUP7wAD